HAMİLƏLİKDƏ MAYE QƏBULU

Hamiləlik zamanı böyrəkləri işlətmək və qəbzliyin qarşısını almaq üçün çoxlu maye içilməlidir. Ən yaxşısı isə sudur. Bu səbəbdən hamiləlikdə istədiyiniz qədər su için. Gündə 6-8 stəkan su içilməsi məsləhətdir.

Gün ərzində bir yaxud iki stəkan çayda qəbul eləmək olar. Ancaq çayın həddindən artıq qəbul olunması məsləhət deyil, çünki tərkibində olan bəzi maddələr dəmirin bağırsaqdan sorulmasının qarşısını alır. Bu zaman hamilə qadınlar dəmir azlığı animiyalara çox yatqılı olur. Bu səbədən hamilə qadınlara 12-ci, bəzi ölkələrdə isə 20-ci həftədən sonra dəmir preparatları təyin edilir. Tərkibində az kofein olan içkilər məsləhətdir.

Əziz hamilə xanımlar unutmayın ki, su insan orqanizminin əsas hissəsini təşkil edən həyat mənbəyidir.

loading...

Dr. Faxranda Rasulova

loading...

Bunuda oxu...