HAMİLƏLİKDƏ E VİTAMİNİ

Hamiləlikdə suHamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır.

Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır.

Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementinin çatışmazlığı uşağın inkişafına mənfi təsir edə bilər. Digər tərəfdən hamiləlik zamanı vitamin və mikroelementlərin çatışmazlığı qadının səhhətinə də mənfi təsir edir.

loading...

Yeni araşdırmaların nəticələri E vitamininin çatişmazlığının uşaq düşməsinə səbəb olduğunu göstərib. Məhz bu sadaladığımız səbəblərə görə hamiləlik zamanı ginekoloqlar qadınlara hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi vitamin-mineral kompleksləri təyin edirlər.

Belə komplekslər bir çox hallarda hətta hamiləliyə hazırlıq mərhələsində qadına təyin olunur. E vitamini də hamiləliyin əvvəlində qadına təyin oluna bilər. Bu vitamin dölün inkişafına təsir edir və həmçinin hamiləliyin pozulmasının riskini azaldır.

Məhz bu səbəbdən belə risk yarandıqda qadınlara bir çox hallarda bu vitamini kapsul şəklində təyin edirlər.  Vitamin E, qozlar və yağlar kimi müxtəlif ərzaq məhsullarında olur. Bu qidalardan hamilə qadınların istifadə etmələri məsləhət görülür.

Əziz xanımlar unutmayın ki, E vitamini qadın orqanizmi üçün çox vacibdir.

Dr. Fəxrəndə Rəsulova

loading...

Bunuda oxu...