HAMİLƏLİKDƏ DÖLÜN TƏRPƏNMƏSİ

Bütünlüklə hamiləlik dövrü ərzində ən çox gözlənən və arzu olunan məqam, ürəyin altında dölün ilk tərpənişlərinin hiss edildiyi məqamdır.

Qadının öz gələcək övladının ilk tərpənişini nə vaxt duyacağını bilmək hamiləliyə nəzarət edən həkim-ginekoloq üçün də vacibdir. Bu tarixə əsaslanaraq həkim doğuş vaxtını təxmin edəcək və hamilə qadını da buna hazırlayacaq.

Bu tarix ultrasəs müayinəsi haqqında məlumatlarla müqayisə olunacaq. İlk hamiləlik zamanı dölün ilk tərpənişi, bir qayda olaraq, 20-ci həſtədə hiss olunur. Yəni dölün ilk tərpənişindən düz 20 həſtə sonra doğuş başlamalıdır.

loading...

Hamiləlik ikinci və ya üçüncü olduqda isə, ilk tərpəniş hissiyyatı iki həſtə tez yaranır və beləliklə də, doğuş da iki həſtə sonra, yəni 22-ci həſtədə başlamalıdır. Əslində, döl ana bətnində öz ilk tərpənişlərinə artıq hamiləliyin 8-ci həſtəsində başlayır, amma döl çox kiçik olduğundan, bu tərpənişlər o qədər zəif olur ki, qadın onları hələ hiss edə bilmir.

Yalnız zaman keçdikcə, körpə qüvvə topladıqca onun hərəkətləri tədricən daha da güclənir.

Dr. Elvira Tağıyeva

loading...

Bunuda oxu...