HAMİLƏLİKDƏ DÖLÜN ÇƏKİSİ VƏ BOYU

Hamiləlik və qarın

Hamiləliyin müddəti kimi, dölün də ikişaf etapları 9 təqvim ayı və ya 40 həftə ilə hesablanır. Həftələr ilə hesablanan dölün inkişaf etaplarında aşağıdakı dəyişikliklər baş verir:

4-cü həftə – Döl hələ çox kiçik olur. Onun uzunluğu 1 sm, çəkisi isə 1 qram olur.

loading...

8 – ci həftə – Bu artıq balaca insandır və onun ağzını, burnunu, qulaqlarını seçmək olur. Uzunluğu 4 sm, çəkisi isə 4,5 qr. bərabərdir.

12 – ci həftə – Bu müddətdə döl tez böyüyür, onu yaxşı görmək, hətta cinsini belə seçmək olar. Uzunluğu 9 sm, çəkisi isə 20 – 25 qr. olur.

16 – cı həftə – Döl aktiv hərəkət edə bilir. Göz qapaqlarının, ovuclarının və pəncələrinin əzələ refleksləri, eləcə də udma refleksi formalaşır. Dölün uzunluğu 16 sm, çəkisi isə 75 – 100 qr. olur.

20 – ci həftə – Birinci saçlar çıxır. Döl aktiv hərəkət edir, bunu ana hiss edir. Dölün uzunluğu 25 sm, çəkisi isə 250 – 300 qr. olur.

24 – cü həftə – Dölün çəkisi ikiqat artır. Əgər indiyə kimi dölün başı bədənindən çox böyük idisə, indi onların fərqi azalır. Dölün uzunluğu 30 sm, çəkisi isə 600 – 650 qr. olur.

28 – ci həftə – Doğulan uşaq normal inkişaf etdikdə və müasir təbabətin köməyi ilə sağ qala bilər. Onun dərisi quru və yığışmış, ağciyərləri zəif olur, bu da nəfəs almanı çətinləşdirir. Dölün uzunluğu 35 sm-ə çatır, çəkisi isə 1100 – 1200 qr. olur.

32 – ci həftə – Döl çəkisini artırmaqda davam edir. Oğlanlarda yumurtacıqlar qarın boşluğundan xayalığa düşür. Dölün uzunluğu 40 sm, çəkisi isə 1500 – 1700 qr – a çatır.

36 – cı həftə – Dırnaqlar uzanır, başda saçlar daha sıx olur. Dölün uzunluğu 45 sm, çəkisi isə 2200 – 2600 qr. olur.

40 – cı həftəDöl artıq tam inkişaf etmiş olur. Onun uzunluğu 50 sm, çəkisi isə 3000 – 3500 qr. olur.

Əgər uşağın uzunluğu 48 – 52 sm, çəkisi isə 3000 – 3500 qramdırsa, hesab edilir ki, uşaq vaxtında doğulub. Bir qayda olaraq oğlanlar qızlardan daha ağır doğulur. Hər növbəti uşağın çəkisi adətən əvvəlkindən çox olur.

Dr. Elnurə Əliyeva

loading...

Bunuda oxu...