HAMİLƏLİKDƏ BEL AĞRILARININ SƏBƏBİ

HAMİLƏLİK KONTROLUHamiləlik zamanı yaranan bel ağrılarının bir çox səbəbləri ola bilər. Bu ağrı əsasən beldəki əzələlərin gücə düşməyindən qaynaqlanır. Hamiləlik dönəmində uşaq və cift böyüyür.

Beləcə ağırlıq mərkəzi önə doğru yönəlir. Bununla əlaqəli olaraq hamilə qadının duruşu da dəyişir. Qadınların çoxu hamiləliyin son dönəmində arxaya doğru əyilmək məcburiyyətində qalır. Bu da bel əzələlərinin daha çox işləməyinə səbəb olur və onlara güc düşür.

Qarın əzələlərinin zəifləməyi də bel ağrısına gətirib çıxarır. Qarın əzələləri onurğa sistemini dəstəkləyir, yəni onurğaya işində kömək olur. Beləcə bel sağlamlığında da böyük əhəmiyyətə malik olmuş olur. Hamiləlik dönəmində bu əzələlər zəifləyə və dartıla bilir. Bu isə öz növbəsində bel ağrılarına səbəb olur.

loading...

Hamiləlik hormonları bel ağrısına təsir edə bilir. Proqesteron hormonu çanaqdakı ağırlıq düşən ərazini rahatladaraq uşağın doğumunu asanlaşdırır. Bu rahatlama nəticəsində oynaqlar elastikləşir, ancaq oynaqların həddindən artıq elastikliyi bel ağrılarına səbəb olur.

Bel ağrılarının qarşısını almaq və ya onu yüngülləşdirmək üçün hamilə qadınlar ayaq üstə duruşlarına, oturuşlarına eləcə də hərəkət edərkən hərəkətlərinə diqqət etməlidir. Onlar aşağıdakı məsləhətlərdən faydalana bilərlər. — Alçaq dabanlı (ancaq düz olmayan) və rahat bir ayaqqabı geyinin.

Ağır əşyaları qaldırarkən kömək istəyin.

Əgər uzun müddət ayaq üstə durmalısınızsa, o zaman ayağınızın birini bir stul və ya bir qutunun üzərinə qoyun.

Əgər yatağınız çox yumşaqdırsa, döşəyinizin altına taxta qoya bilərsiniz. Amma çalışın ki, yatağınızı çox sərt etməyəsiniz.

Yerdən bir şey götürəcəksinizsə, bel hissədən əyilməyin. Dizlərinizi bükün, əyilin və belinizi düz tutmağa çalışın.

Bel hissəsi rahat olan stullarda əyləşin və ya belinizin alt hissəsinə kiçik bir yastıq qoyun.

Yatarkən dəstək üçün ayaqlarınızın arasında bir və ya iki ədəd yastıq qoyun.

Dr. Sənan Cəfərov

loading...

Bunuda oxu...