HAMİLƏLİKDƏ BABASİLİN SƏBƏBLƏRİ

Hamiləlik zamanı babasil nə üçün inkişaf edir? Bunun səbəbləri çoxdur.

Hamiləlik zamanı qadın orqanizmində hormonal fon çox kəskin dəyişilir və bu əzələlərin və damarların divarlarının zəifləməsinə səbəb olur. Damarlar asanlıqla enlənir və nəticədə düyünlər əmələ gəlir. Bu düyünlər kiçik çanaqda olan durğunluğun nəticəsində qanla dolur.

Hamiləlik zamanı bağırsaqların əzələləri də zəifləyir və bu tez-tez təkrarlanan qəbizliklərə səbəb olur. Qəbizlik zamanı qadın gücənməyə məcbur olur ki, bu babasil düyünlərinin böyüməsinə səbəb olur.

loading...

Böyümüş uşaqlıq kiçik çanaq damarlarını sıxır və bu babasilin gedişatını daha da ağırlaşdırır.

Dr. Elvina Səlimova

loading...

Bunuda oxu...