HAMİLƏLİKDƏ BABASİL

BabasilHamiləlikdə babasil yayğın haldır. Çox zaman hamiləlik zamanı yaranan babasil bütün ömür boyu qalır. Bu hal hamiləlikdə babasildən əziyyət çəkən hər ikinci qadında baş verir.  Ümumiyyətlə insanların 10-20% babasildən əziyyət çəkir.

Hamiləlikdə babasilin qarşısını almaq üçün onun yaranma səbəblərini bilmək gərəkdir. Babasil, yaxud hemorroy, düz bağırsaqda vena toxumalarının varikoz genişlənməsidir. O damarlarda qanın yığılıb qalması və təyziq nəticəsində yaranır.

Babsilin yaranmasına azhərəkətli həyat tərzi, artıq çəki, qan dövranının zəifləməsi, tez tez baş verən qəbizlik səbəb olur. Bunları nəzərə alsaq hamiləliyin ikinci yarısının babasil üçün ideal şərait yaratdığını görərik.

loading...

Hamilə qadının çəkisi artır, böyüyən uşaqlıq kiçik çanağın damarlarında qanın axmasıma maneə olur, bağırsağın boşalması çətinləşir, hər gün böyüyən qarın isə hərəkətliliyi azaldır. Hamiləlikdə babasil riski hamiləlik irəlilədikcə artır. Babasil adətən 3-cu trimestrdə yaxud doğuşdan sonra yaranır.

Bu səbəblərdən hamilə qadınlara gəzintilər və gimnastika məsləhət edirlər. Qəbizliyin ola biləcəyini nəzərə alıb qida rasionunda dəyişiklik etmək gərəkdir. Turp, qara gavalı, təzə meyvə və tərəvəzlər, mineal qazsız su yaxşı vasitələrdir. Kisel, jele, qızardılmış qida isa məsləhət deyil. Həmçinin böyük bayırdan sonra gündəlik istiliyi otaq dərəcəsində olan suyla yuyunmaq gərəkdir. Bu qan dövranını artıracaq və mümkün iltihablaşmanın qarşısını alacaq. Gigiyena vacib rol oynayır.

Hamiləlikdə babasilin əlamətləri hemorroidal düyünlərin böyüməsi, tualet kağızında qan izləri, qaşınma, axıntı və arxada küt ağrı ola bilər. Bu zaman həkimə müraciət etmək gərəkdir.

Çox zaman babasil doğuşdan sonra yaranır, çünki tutmalar zamanı qarındaxili təyziq daha güclü artır. Bu zaman növbəti üçlüyü etmək gərəkdir: hərəkət – dieta – gigiyena.

Qəbizlik babasilin əsas səbəblərindən biridir, hamilə qadınlarda isə qəbizlik daha çox rast gəlinir. Buna görə hamiləlikdə babasilin qarşısını almaq üçün ilk şərt qəbizliyin qarşısını almaqdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...