HAMİLƏLİK ZAMANI ÜRƏKBULANMA VƏ QUSMA

Hamiləlik və gigyenaHamiləlik zamanı, xüsusilə ilk 3 ayda, xanımların qarşılaşdığı narahatçılıqlardan biri ürəkbulanma və qusmadır. Əslində bu ürəkbulanmanın səbəbi, hormonların yüksək olmasıdır. Bəs bu şikayəti, körpəyə zərər vermədən aradan qaldırmaq üçün nə edə bilərsiniz ?

Hamiləlik zamanı olan ürəkbulanmanın tam qarşısını almasa da, müəyyən qədər azaltmaq mümkündür. Bunun üçün, az-az, amma tez-tez yemək, yemək yediyiniz zaman su içməmək, parfüm və ya yemək qoxusundan uzaq olmaq, zəncəfil çayı içmək və ya tabletini atmaq olar.

Hamilə qadınların tez-tez verdiyi suallardan biri: ” Ürəkbulan və qusmanın körpəmə zərəri varmı ?”

loading...

Hamiləlikdə olan ürəkbulanma və qusma, şiddətli deyilsə, körpəyə heç bir ziyanı yoxdur. Ürəkbulanma xüsusilə səhər saatlarında olur. Nadir hallarda bu hal şiddətli bir formada özünü biruzə verir. Ana yemək yeyə bilmir. Bu vəziyyətdə pasientə damar yolu ilə ürəkbulanmanı azaltmaq üçün və bədəni qidalandıran preparatlar verilir.

Adətən 11-ci həftədən sonra, ürəkbulanma keçir. Əgər ürəkbulanma 11-ci həftədən sonra keçmirsə, demək bu ürəkbulanmanın başqa səbəbləri vardır. Hamilə qadın mütləq müvafiq müayinələrdən keçməlidir. Bu səbəblər sırasında: tiroid ( zob ) , qastrit, mədə xorası, qaraciyər funksiyalarının pozuıması, öd kisəsi yollarının tutulması və s. ola bilər.

Dr. Rumiya Maçanova

loading...

Bunuda oxu...