HAMİLƏLİK ZAMANI QARIN

Hamiləlik və qarınHamiləlik zamanı əsas diqqəti qarın cəlb edir. Uşaq böyüyür və get-gedə rahatlığı üçün daha çox yer tələb edir. Ancaq böyüyən qarın anaya bir çox naraharlıqlar yaradır.

Sakit və rahat hamiləlik üçün bir neçə qaydalara əməl etmək gərəkdir. Qarın nahiyyəsinin dərisində yaranan dartılmalar və ya striyalar köndələn və qırmızı rəngdə olur. Bir qayda olaraq, onlar hamiləliyin son aylarında yaranır. Doğuşdan sonra onlar ağ-gümüşü rəngə çalır və bir qədər qısalır.

Deyilənə görə bu striyaların qarşısını almaq üçün bir sıra metodlar mövcuddur. Lakin onların heç biri yüz faiz müsbət nəticə vəd etmir. Bir sıra krem və losyonların tətbiqi də kömək eləmir, çünki, bu striyaların yaranması da hormonal dəyişikliklərlə əlaqədardır və onların yaranması genetik hesab olunur. Odur ki, bəzi adamlarda striyalar tez bir zamanda sürətlə artır, digərlərində isə çox az hiss olunur.

loading...

Bəzi həkimlər öz təcrübələrinə arxalanaraq, bədən çəkisini azaltmaqla striyaların əmələ gəlməsinin qarşısını almaqın mümkün olduğunu iddia edirlər. Həmçinin tərkibində meyvə turşuları olan qidalandırıcı kremlərdən istifadə. Belə kremləri göbəkətrafı, qasıq və bədənin yan tərəflərinə sürtmək lazımdır. Yüngül masaj edərək dəriyə yeritdiyiniz krem, buynuzlaşmış hüceyrələrin kənar edilməsinə, yeni hüceyrələrin daha tez yaranmasına kömək edir. Kremlər dəriyə təsir edərək, onun turqorunu yüksəldir, dərinin oksigenlə təchizatını yaxşılaşdırır, qan dövranını gücləndirir. Belə masaj hər gün 5-10 dəqiqə müddətində, xüsusi ilə son aylarda aparılmalıdır.

Çox vaxt hamiləlik zamanı dəridə piqment ləkələri yaranır, çalışın  günün altında olmayın, dərinizi xiyar və cəfəri losyonu ilə silin.

Əgər qarın nahiyyəsində tük örtüyü artmışdırsa, bu sizi qorxutmasın. Bu ancaq körpənizin böyüməsini göstərən bir əlamətdir: onun böyrəküstü vəziləri androgenlər – kişi cinsi hormonları ifraz etməyə başlamışdır. Bu tükləri kənar etmək üçün elektrodepilyasiya və mumla depilyasiya tətbiq etməyin. Bu qarında ağrı və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Krem-depilyatorlardan, 3%-li hidrogen – peroksiddən istifadə edə bilərsiniz.

Həmçinin geyindiyiniz paltarlar rahat olmalıdır. Çalışın kəmər taxmayın, yubka və şalvarınız çəkməli olsun, sarafan və kombinezonlar da Sizin üçün rahat olacaq. Xüsusi corablar geyinin, korset və qrasiyalardan imtina edin, 4-5 ayından sonra isə, bandacdan istifadə etməyə başlayın.

loading...

Bunuda oxu...