HAMİLƏLİK ZAMANI GİGİYENA

Gigiyena insan üçün hər dövr vacibdir, ancaq ana olmağa hazırlaşan qadınlar üçün gigiyenə ikiqat gərəklidir, çünki qadın bədəni hamiləlik dövründə, digər dövrlərə nisbətən iki dəfə çox təsirə məruz qalır.

Gərəklidir:

  • Hər gün 1-2 dəfə duş qəbul etmək, əgər bu mümkün deyilsə, bədəni ev temperaturunda olan suda isladılmış dəsmalla silmək;

  • Hər gün xarici cinsiyyət üzvlərini iki dəfə ilıq su və sabunla yumaq (şırınqa etmədən);

  • Hər gün 20-22 ºC temperaturda 5/10 dəqiqədən 20/30 dəqiqəyə qədər catdırmaqla hava vannaları qəbul etmək;

  • Döş vəzləri üçün rahat, düzgün ölçülü və təbii parçadan olan alt paltarı geyinmək;

  • Geyimin rahat olması vacibdir, döş qəfəsinə, qarna və ayaqlara təzyiq düşməməlidir;

  • Enli və alçaq dabanlı ayaqbabı geyinilməlidir;

  • Alkohollu içkilər qəbul etməmək;

  • Hər gün 2 saatdan az olmayarq təmiz havada olmaq, çox hərəkət etmək;

  • İlk 3 ay və son 2 ay ərzində cinsi əlaqədə olmayın. Bu cinsi yolla keçən infeksiyalara yoluxmanın, düşüklərin və vaxtından əvəl doğuşların qarşısını ala bilər;

  • Hamiləlik ərzində faydalı idman hərəkətlərini yerinə yetirmək;

  • Hamiləliyin 7-ci ayından sonra dərinin həddən artıq dartılmasının qarşısını almaq üçün xüsusi bandac taxmaq gərəkdir;

  • Təmiz havası olan otaqda gündə 8-9 saat yatmaq;

  • Ağırlıq qaldırmaq, kəskin hərəkətlər etmək olmaz;

  • Streslərə yol verməyin;

  • Siqaret tüstüsündən uzaq olmaq və siqaret çəkməmək;

loading...

Bunuda oxu...