HAMİLƏLİK ZAMANI FAYDALI QİDALANMA

Hamiləlik zamanı qidaAna, bətnindəki körpəyə ziyan vurmadan onun inkişafı üçün optimal şərait yaratmalıdır. Burada vacib olan amillərdən biridə qidalanmadır. Qidalanma məhsulları elə seçilməlidir ki, ananın və uşağın qida maddələrinə olan təlabatı yetərincə ödənilsin.

Hamiləlik zamanı qidalanmada vacibdir:

  • əsas olan iki nəfərin yediyi miqdarı deyil, ehtiyacı olan miqdarı qəbul etməkdir;
  • yetərincə heyvani zülal (mal əti, quş əti, balıq əti, süd məhsulları və s.) qəbul etməlisiniz;
  • mümkün infeksiyanın qarşısını almaq üçün ət, balıq, dəniz məhsulları, quş əti, yumurta, süd kifayət qədər termiki işlənməlidir;
  • həm körpənin həm də ananın ehtiyyacı olan kalsium tələbatı ödənilməlidir. Bunun üçün çoxlu süd, pendir, yoqurt və kəsmik qəbul etmək gərəkdir;
  • anemiyanın, tez yorulmanın, immunitetin zəifləməsinin qarşısını almaq üçün tərkibində dəmir olan maddələr qəbul etmək;
  • dölün inkişafının pozulmasına səbəb ola bilən fol turşusu çatışmamazlığının qarşısını almaq üçün vələmir, qreçixa, mannı, maya kimi məhsullar qəbul edin, onlar bu turşuya olan ehtiyacı təmin edir.
  • qəbizlikdən yaxa qurtarmaq üçün çoxlu sellülöz qəbul etmək lazındır. Bunun üçün requlyar meyvə, çiy tərəvəz, göyərti, qara çörək qəbul edin;
  • orqanizmin susuzlaşmasının və sidik yollarının infeksion xəstəliklərinin qarşısını almaq üçün yetərincə su için;
  • həkimlə məsləhətləşmədən dərman və qida əlavələrindən istifadə etməyin;
  • allergiya halı yaradan maddələri az miqdarda qəbul etməyə çalışın, məsələn: şokolad, kofe, qatılaşdırılmış süd, sitrus meyvələri, çiyələk;
  • hamiləliyin ikinci yarısında qəbul etdiyiniz karbohidratların, un məmulatlarının, tərkibində nişasta olan maddələrin, kəskin və ədavalı, hisə verilmiş məhsulların miqdarını azaldın. Bu məhsullar artıq çəkinin yaranmasına səbəb olurlar.

Hamiləlik zamanı yol verilən çəki artımı 8-10 kq-dır.

loading...
loading...

Bunuda oxu...