HAMİLƏLİK ZAMANI ALKOHOL, DƏRMANLAR VƏ KOFEİN

Hamiləlik dövründə alkohol, dərman və kofein tipli maddələr qəbul edilməməlidir. Məlum məsələdir ki, siqaretdə bu siyahıya daxildir.

Siqaret körpə üçün böyük risk mənbəyidir, o dölün inkişafı ləngidir, bundan əlavə düşük və hamiləliyin donması təhlükəsi yaradır.

Alkohol, siqaret qədər təhlükəli olmasada, hansı miqdarda qəbul olunması sual altındadır. Ancaq buna baxmayaraq, alkoholun qəbulu hamiləliyin donması, düşük, dölün inkişafının zəifləməsi, anadangəlmə eybəcərliklər və uşaqda davranış pozulmaları kimi hallara səbəb ola bilər.

loading...

Dərman maddələrinin qəbulu da siqaret və alkohol kimi risqlər siyahısına daxildir. Hamiləlik zamanı dərman maddələrinin mənfi təsiri bir çox hallarda dəqiq təsdiqlənib. Bunların arasında məxmərək xəstəliyi, dərman maddələrindən talomid və radioaktiv şüalanma var. Digər faktor və maddələr də şübhə doğurur. Bundan irəli gələrək müraciət etdiyiniz bütün həkimlərə hamilə olduğunuzu mütləq söyləyin. Hər hansı bir dərman maddəsini qəbul olunubsa, həkim bunu mütləq bilməlidir. Bəzi maddələrin kombinasiyaları da neqativ təsir göstərə bilər.

Bir sıra maddələr mövcuddur ki, təhlükəli sayılmasalar da, dölə müəyyən təsir edirlər. İyahının başında kofein durur. Gün ərzində qəbul edilən 8 və daha artıq fincan qəhvə və ya çay, koka-kola düşük təhlükəsi yaradır və döldə anormal halların yaranmasına səbəb ola bilir.

Bir çox hallarda hamiləlik zamanı işi dayandırmaq vacib deyil.Ancaq, zəhərli maddələrlə və faktorlarla əlaqədar olan iş şəraitində hamilə qadınlar çalışmamalıdırlar. Digər hallarda isə hamilə qadının çalışması onun ancaq xeyrinə ola bilər.

Birincisi iş aktivliyinizi təmin edəcək, ikincisi, hamiləlik zamanı yarana bilən eqosentrik özünəqapanma hallarının yaranmasının qarşısını alacaq, üçüncüsü isə, hamiləlik zamanı iş, ictimai sosial mənəvi dəstək almaq imkanı yaradır.

Əgər hər şey qaydasında olarsa, tam doğuşa qədər işləmək mümkündür. Hamiləlik dövrünün əvvəlində yaranan yorğunluq hissinə baxmayaraq, işi dayandırmaq üçün heç bir səbəb yoxdur.

loading...

Bunuda oxu...