HAMİLƏLİK VƏ DİABET

Enerjiya olan tələbat, hamiləlik zamanı, karbohidrat mübadiləsinin dəyişməsinə səbəb olur. Mama–ginekoloqlar hamiləliyi diabet xəstəliyinin yaranmasında risk faktoru kimi görürlər. Bu səbəbdən hamilə qadınlar müntəzəm olaraq şəkərə görə qan və sidik analizi verirlər.

Şəkərli diabetlə xəstə hamilə qadını hamiləlik zamanı toksikoz, damar ağırlaşmaları və böyrək infeksiyaları narahat edə bilər. Belə qadınlarda bəzən, uşaqlıq–cift qan dövranının pozulması nəticəsində, düşük belə baş verə bilər.

Doğuş zamanı zəif tutmalar, hipertoniya, böyük çəkili döl kimi ağırlaşmalar yarana bilər. Körpələrdə mədəaltı vəzin patoloji dəyişiklikləri, ürəyin ölçülərinin böyüməsi, beyinin isə kiçik ölçülü olması aşkar olunur. Diabetlə xəstə qadınlar hamiləliyə, və ümumiyyətlə gələcək valideyinliyə, əvvəlcədən hazırlaşmalıdırlar.

loading...

Növbəti hallarda diabet xəstələrinə uşaq dünyaya gətirmək məsləhət görülmür:

  • hər iki valideyinin diabetdən əziyyət çəkdiyində;

  • əgər anada göz dibi və böyrək ağırlaşmaları ilə gedən diabetin
    ağır forması varsa;

  • diabet xəstəliyi ağır infeksiyalarla (vərəm) və rezus-konflikti
    ilə yanaşı gedərsə;

Diabetin müalicəsində pəhriz mühüm rol oynayır. Qida zülallarla zəngin olmalı, yağların miqdarını azaltmaq və karbohidratları tamamilə kənar etmək lazımdır. Vitaminlər və mineral maddələrdə bu siyahıya daxildir. Vaxtında, əsasəndə hamiləlik baş verməzdən əvvəl, başlayan mülicə daha yaxşı nəticələr verir.

loading...

Bunuda oxu...