HAMİLƏLİK DÖVRÜNDƏ USM

Hamiləlikdə heç bir problem olmasa da müəyyən vaxtlarda müəyyən fasilələrlə ultrasəslə fərqli. Məsələn, hamiləliyin ilk aylarında körpənin çəkisi ölçülməz yalnız ürək atışı və kisə böyüklüyü kimi qiymətləndirmələr aparılır, hamiləliyin 5-ci ayında çəkisi, suyu, plasentanın vəziyyəti, orqanların strukturu kimi daha ətraflı qiymətləndirmələr aparılır, bunlardan başqa da fərqli aylarda fərqli dəyərləndirmələr aparılır.

Ultrasəs qiymətləndirilməsi ilə təxminən 30-35% nisbətində uşaqda anomaliya olsa belə təyin edilməyə bilər. Yəni ultrasəs körpədəki inkişafla bağlı pozuntuların çoxunu müəyyən etsə də hər zaman hamısını müəyyən etməsi imkansızdır.

Hamiləlikdə ultrasonografiya hansı məqsədlərlə aparılır?

loading...

Hamiləlik varmı? Normal yerində mi? Ana bətni içərisində mi?

Hamiləlik canlı mı?

Hamiləlik neçə aylıq? Neçə həftəlik?

Körpənin boyun qalınlığı normalmı?

Uşağın təxmini çəkisi nə qədərdir? Həftəsinə görə çəki inkişafı normalmı?

Uşağın duruşu düzmü?

Uşağın suyu normalmı?

Körpədə bir anomaliya varmı? 18-20 həftə ətrafında aparılan ətraflı USM ilə uşağın orqanlarında bir inkişaf pozğunluğu varmı araşdırılır.

Biofizika profil qiymətləndirməsində körpənin hərəkətləri, əzələ tonusu və tənəffüsü qiymətləndirilir.

Erkən doğuş riski varlığında ana bətni ağzı uzunluğu ölçülə bilər.

Ana bətni və yumurtalıqlarda myom və ya kista varı?

Cinsiyyəti nədir?

Lazımi hallarda doppler incələmə (qan axımı) qiymətləndirilir.

Amniosentez və ya CVS kimi müdaxilələrdə istifadə edilir.

Hamiləliyin vəziyyətinə və müəyyən risklərə görə dəyişməklə birlikdə əksəriyyətlə ən azından aşağıda qeyd olunan vaxtlarda keçirilir. Lazım gəlsə daha fərqli zamanlarda da əlavə olaraq tətbiq olunur.

Hamiləliyin ilk aylarında

11-14 həftə arası

18-20 həftə ətrafında ətraflı ultrasonoqrafiya

32 həftə ətrafında

38 həftə ətrafında

loading...

Bunuda oxu...