HAMİLƏLƏRİN DİQQƏTİNƏ

Əziz xanımlar, hamilə ikən wi-fi şüalarından uzaq durun!

Dünya sağlamlıq təşkilatları hamilə və yeni doğulmuş uşaqların birmənalı olaraq wi-fi və modemlərdən uzaq durmasını tövsiyə edir.

Araşdırmalara görə, hamilə qadın və uşaqlar civə, xlorofom, insektisid DDT kimi zərərli elementlərin təsirinə məruz qala bilər.

loading...

250 konsaroqen maddələr siyahısında elektromaqnit sahəsi yaradan radiodalğalar da yer alıb. Bunlar mikrodalğalı soba, mobil telefon, internet, wi-fi-dır.

Hamilə qadınlar və uşaqlar böyüklərə nisbətən elektromaqnit dalğalarını daha çox “udur”, ana bətnindəki körpə isə bu dalğalara daha həssadır və elektriklə bağlı istənilən siqnalı yüksək dozada tutur. Bu onunla izah olunur ki, böyük adamın sümük əzələ sistemi, kəllə örtüyü qalın olur və dalğaların müəyyən faizi təsir edir.

Bətndəki dölün və yeni doğulmuşların baş kəllə sümüyü hələ zəif, əmgəyi açıq olur. Ona görə maqnit dalğalarının kəllə sümüyündən asanlıqla keçib beyinə nüfuz etməsi çox asandır.

Bu səbəbdən hamilə olduğunu bilən gündən qadın:

Yatdığı, yemək yediyi otaqda modem, wifi olmamasına çalışmalı

Mikrodalğalı sobadan uzaq durmalı, onda yemək qızdırmamalı

Mobil telefondan yalnız zəruri hallarda istifadə etməli, telefonla danışıq 5 dəqiqəni keçməməli

Hamilənin çarpayısı yanında elektrik avadanlıq, telefon, “zaryadka”ya qoşulu hər hansı qurğu olmamalı

Telefonu, noutbuku qarın və sinədə tutub istifadə etməməlidir.

Yeni doğulmuş və 12 yaşa kimi uşaqlarınızı da WiFi, modem və telefonlardan uzaq tutmaq zəruridir.

 

Dr. Naida İsmayılova

loading...

Bunuda oxu...