HAMİLƏLƏRDƏ YOD ÇATIŞMAMAZLIĞI

Hamiləlikdə və süd vermə dövründə 200 mq qədər yod almaq vacibdir. Yod əksikliyi olan bölgələrdə yaşayan hər kəs hipotiroid riski altındadır. Bu ana bətnindəki körpələrə, yeni doğulmuşlara, südəmərlərə və süd verən analara daha çox təsir göstərir.

Yod əksikliyinin ana bətnindəki uşağa təsirləri, erkən və gec düşüklər, ölü doğum, natamam inkişaflı dölün doğumu, anadangəlmə quruluş anormallıqları, tiroidin (qalxanabənzər vəzin) çox az çalışması və tiroidin böyüməsi (guatr-zob) şəklində özünü göstərir.

Yeni doğulmuş körpə də yod əksikliyi səbəbiylə guatr(zob) və hipotiroidizm təhlükəsi ilə qarşı-qarşıya qalır. Yenidoğulmuşlarda adətən hərəkət zəifliyi, səs qalınlığı, dil böyüklüyü, əmmə gücsüzlüyü və qəbizlik kimi şikayətlərlə qarşılaşır. Yaşca daha böyük olan uşaqlarda isə əqli və zehni gerilik, yaddaşsızlıq, şişmanlıq, boy və cinsi inkişafının ləngiməsi kimi hallar müşahidə olunur.

loading...

Sırf bu səbəbdən boyu artmayan və ya hipotiroidə bağlı inkişaf geriliyi olan uşaqların, müalicəyə başladıqdan sonra böyümələri sürətlənir və artıq kilo almaları qısa zamanda azalır. Yetkin yaşlı xəstələrdə isə şikayətlər üşümə, təmbəllik, halsızlıq, yorğunluq, çalışmada istəksizlik, tez yorulma, yuxuya meyillilik və saç tökülməsi şəklində olur. Bunları aradan qaldırmaq üçün öncədən bilinən bir tiroid xəstəliyi olmayan uşaqlar, yaşca böyük insanlar və hamilə qadınlar yodlu duz istifadə etməlidirlər.

Dr. Aytən Bağırova

loading...

Bunuda oxu...