HAMİLƏLƏRDƏ QARININ ÇIXMASI

Hamiləlikdə qarın nə zaman çıxar, göbək nə zaman böyüyür, qarnım kənardan nə vaxt bilinər, qarnım həftəsinə görə balacadırmı, böyükdürmü kimi suallar hamilələrin ginekoloqlarına və ətrafdakı insanlara ən çox verdiyi suallardır.

Hamilələrin qarın böyüklüyü ilə bu qədər maraqlanmalarının səbəbi qarnın böyüklüyünün uşağın böyüklüyü və inkişafı ilə əlaqədar olmasını bilmələri ilə əlaqədardır. Halbuki əslində çox vaxt qarnın böyüklüyü ilə uşağın inkişafı arasında uyğunluq olmuz.

Qarnı böyük olan hamilə qadının uşağı az kiloda doğularkən, qarnı daha balaca olan hamilədən daha böyük kilolu uşaq doğula bilər.

loading...

Bir hamilənin qarnına baxaraq hamilə olduğu bilmək təxmini beşinci ayında (20 həftəsində) mümkün olur. Amma hamilə qadının qarnı lüt ikən 4 ayından (16-17 həftədən) bilinir.Bu hal ananın uzun boylu, qısa boylu, kök, arıq, qarnında piy təbəqəsinin olması kimi faktorlardan asılıdır.

Misal üçün qısa boylu və arıq hamilə qadında hamiləlik daha tez bəlli olur, amma kilolu və qarnında piy təbəqəsi olan hamilə qadının qarnı daha sonrakı aylarda belli olmağa başlayır. Qadınların orqanizmləri müxtəlif olduğu üçün qarınlarınında böyüməsi fərqli olur. Buna görə də hamilə qadının bir biriləri ilə qarınlarını müqayisə etmələri düzgün deyil.

loading...

Bunuda oxu...