HƏZMİ YAXŞILAŞDIRMAQ ÜÇÜN

Həkimlərin müşahidələrinə görə, insanların əksər hissəsi (80%-dan artıq) həzm problemlərindən əziyyət çəkin. Tez-tez təkrarlanan qarın ağrısı və qarında ağırlıq, köp, gəyirmə, qıcqırma, ishal və ya qəbizlik – bunlar hamısı həzm proseslərinin pozulmasının əlamətləridir. Həkimlərin fikirinə görə, bunun əsas səbəbi düzgün olmayan qidalanma və həyat tərzidir.

Adi tədbirlər sizi bu problemlərdən azad edə bilər:

Qidanı tələsərək qəbul etməyin, qidanın hər tikəsini yaxşı-yaxşı çeynəyin. Müasir insanlar bir çox hallarda ayaq üstə, tələsik yemək yeyir. Bu isə həzm sisteminə böyük ziyan vurur. Həzm prosesi ağız boşluğunda başlayır. Qidanı yaxşı çeynədikdə siz mədə və bağırsaqların işini asanlaşdırırsınız.

loading...

Həzm proseslərini yaxşılaşdırmaq üçün gün ərzində kifayət qədər su qəbul edin. Bu bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlikdən azad edir. Mayeni qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Səhər oyandıqdan sonra 1 stəkan ilıq su için. Bu xüsusilə qəbizlikdən əziyyət çəkən insanlar üçün vacibdir.

Səhər yeməyi çox vacibdir. Səhər yeməyi həzm sistemi işə salır və onun gün ərzində normal fəaliyyətini təmin edir.

Süd məhsulları həzm sisteminin normal fəaliyyəti üçün çox vacibdir. İstənilər süd məhsullarının tərkibində (yoqurt, qatıq, xama və s.) çox faydalı bakterilər var ki, bu bakterilər bağırsaqların fəaliyyətini normallaşdırır. Süd məhsulları mədə-bağırsaq sistemindən ziyanlı maddələri xaric edir və həzmi yaxşılaşdırır.

Həddən artıq çox qida qəbul etməyin. Yeməkdən sonra siz yüngül aclıq hiss etməlisiniz. 15-20 dəqiqədən sonra onu toxluq hissi əvəz edəcək.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...