HƏZM PROSESİ

Həzm prosesi mürəkkəb və əhəmiyyətli bir prosesdir. Bu prosesi pozmaq çox sadədir, bərpa etmək isə olduqça çətin.

Həzm yolu ilə yaranan problemlərin ən geniş yayılan səbəbləri bunlardır:

Travmalar – bunlara qarına dəyən zərbələr və hamiləlik aiddir. Hətta həddindən artıq dar toqqalar və kəmərlər. Bunların hamısı mədə-bağırsaq sistemin normal işləməsinə mane olur, və qicqırma, gəyirmə, ağrılar və diskomfort ilə xarakterizə olunur.

loading...

Qüsurlu su – su kəmərindən gələn suyun tərkibində çox sayda zərərli qatışıqlar olur. Həmçinin belə suyu təmizləyən maddələr də insan üçün çox zərərlidir. Bu maddələr insana daha güclü və neqativ təsir edir, nəinki qidalanmadan yaranan pozulmalar.

Dişlərin vəziyyəti – müalicə olunmamış dişlər mədə-bağırsaq sisteminə ziyan verir. Nəticədə orqanizmdə toksinlər əmələ gəlir, bu da öz növbəsində qastritin inkişafına təkan verir.

Balanssız qidalanma – bu balansı pozulanda sizdə çox güman ki, qıcqırma, gəyirmə, meteorizm və mədədə ağırlıq hissi olacaq.

Yuxusuzluq və doyunca yatmama – insan orqanizmi gündə 7-8 saat hökmən dincəlməlidir. Buna riayət edilməyəndə, yorğunluk artır və vaxt keçdikçə səhhət ilə bağlı müxtəlif problemlər yaranır.

Stresslər – insanın həzm yolu qorxuya, nifrətə, təcavüzkarlığa və paxıllığa, habelə uzun müddət sürən əsəbiləşməyə həssaslıqla reaksiya verir. İnsan stress halında çox bir vaxt olanda, onda qastrit əmələ gələ bilər.

Qipodinamiya – hərəkət az olduqda insanın orqanizmində durğunluq yaranır, o cümlədən, həzm yolunda da. Buna görə də bizdə köp, qəbəlik və digər xoşagetməz hisslər yaranır.

Parazitlər – parazitlər bizi hər yerdə güdür və həzm yoluna daxil olarkən, orada özlərini çox yaxşı hiss edirlər və daima artırlar.

Dərmanlar – bəzi antibiotiklər və uzun müddət istifadə olunan dava dərmanlar, həzm yolunun mikroflorasını pozur. Bu disbakterioz törədə bilər.

Heç bir zaman həkimlə məsləhət etmədən dərman gəbul etməyin. Siz daima 3 və daha artıq sayda dərman gəbul edirsizsə, və sizdə disbakterioz əlamətləri (qicqırma, gəyirmə, ağrılar və diskomfort) yaransa, dərhal qastroenteroloqa müraciət etmək lazımdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...