HƏKİM SƏHVİ VƏ TİBBİ XƏTALAR HAQQINDA

Tibbi xidmət də digər peşə fəaliyyətlərində olduğu kimi riskli işdir.

İnsanın peşə fəaliyyəti nəticəsində ortaya çıxan xətalara malpraktiz deyilir. Hüquqi termin olaraq malpraktiz Mal – xəta və practice – peşə fəaliyyəti sözlərinin birləşməsindən əmələ gəlmişdir və peşə fəaliyyətinin xətası kimi anlaşılır.

Bütün peşə növlərində malpraktiz mövcuddur və bütün peşələrdə malpraktiz hüquqi məsuliyyət yaradır.

loading...

Həkim də insan övladıdır – basqı altında qaldığında işi uzada bilər, lazımi məsləhətləşmələri aparmaya bilər, yalan da danışa bilər.

Cəsarətlə problemin və hay-küy salan xəstə yaxınlarının qarşısında duruş gətirən həkim çox azdır.

Tibbi personal hay-küy altında effektiv işləyə bilmir.

Nə baş verir, bunu həll etmək üçün nə etməliyik suallarını verib sakitliyi qorusanız, Azərbaycanda sizin probleminizi mütləq həll edən biri tapılacaqdır. Çünki hamımızın birlikdə zibilini çıxardığımız bu cəmiyyətdə az-çox səlis işləyən elə səhiyyə sistemidir.

Dr. Vasif İsmayıl

loading...

Bunuda oxu...