GÜNƏŞ ŞUALARI VASİTƏSİLƏ BƏDƏNİ MÖHKƏMLƏNDİRMƏK

HelioterapiyaBədəni möhkəmlətmək mühüm fiziki tərbiyə vasitəsi olub xəstələnmə hallarının azaldılmasına kömək edir. Soyuqdəymə xəstəliklərinə, meteoroloji amillərin dəyişməsinə və müxtəlif iqlim şəraitinə orqanizmin müqavimətini artırır. Bədəni möhkəmlətmək üçün hava və günəş vannalarından, habelə su prosedurlarından istifadə edirlər.

Helioterapiya müalicə və profilaktika məqsədilə günəş şüalarından istifadə etmək, iqlimlə müalicə metodudur. Bu vaxt orqanizmə düz düşən günəş şüaları, səpələnmiş şüalar və müxtəlif əşyaların üzərindən qayıdan şüalar təsir edir. Helioterapiyanın təsiri nəticəsində orqanizmin müxtəlif infeksion xəstəliklərə və soyuqdəyməyə müqaviməti artır, əmək qabiliyyəti yaxşılaşır.

Helioterapiyanı bütün sağlam adamlara təyin elmək olar. Uzaq Şimalda o xüsusən vacibdir, bütün D hipovitaminozu hallarında, bir sıra dəri xəstəliklərində (plodermiya, psoriaz və s.) dayaq-hərəkət aparatının xroniki xəstəliklərində, radikulitlərdə təyin edilir.

loading...

Helioterapiyanı bütün xəstəliklərin şiddətlənən dövründə, qanaxmalarda və qanaxmaya meyl olduqda, arıqlamaqda, inkişaf edən ağciyər vərəmində, ürək və damar xəstəliklərində (ateroskleroz, hipertoniya), qan xəstəliklərində, günəş şüalarında həssaslıqda təyin etmək olmaz.

Ümumi günəş vannaları şəklində helioterapiya, yəni bütün bədənin şüalandırılması çimərlikdə və ya aerosolyaridə aparılır. Bu vaxt baş kölgədə olmalı, gözə tünd şüşəli eynək taxılmalıdır. Acqarma və ya yemək уеуən kimi şüa qəbul etmək, prosedur vaxtı yuxulamaq və kitab oxumaq olmaz. Təyin edilmiş şüa dozası bədənin qabaq, dal və yan tərəflərinə bir bərabərdə paylanmalıdır.

Şüa qəbul edəndən sonra kölgədə dincəlmək lazımdır. Səhər və axşamüstü günəş vannaları qəbul edərkən gimnastika və idman oyunları ilə də məşğul olmaq olar. Helioterapiyanın fayda verməsi üçün şüaların dozasını tədricən artırıb təkrar etmək olar.

Günəş şüalarının təsirindən dəri əvvəlcə qızanır, sonra onda melanin piqmenti toplanır və dəri qaralır. Helioterapiya nəticəsində dərinin ultrabənövşəyi şüalara müqaviməti artır, onun baryer və qoruyucu xassələri yaxşılaşır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...