GÜLÜŞ HAQQINDA AĞLAGƏLMƏZ FAKTLAR

GülüşSadə gülüş zamanı üzdə 17 əzələ, “boğucu” gülüş zamanı isə 43 əzələ hərəkətə gəlir.

1 saat davam edən təsirli gülüş 0,5 kq çəkinin azalması deməkdir.

Vanderbilt Universitetinin araşdırmalarına görə, hər gün 15 dəqiqə gülən insan 1 ilə 2kq çəki itirir.

loading...

Yetkin insanların sutkada, orta hesabla, 15 dəfə gülməyinə rəğmən, 6 yaşlı adi uşaq gün ərzində təxminən 300 dəfə gülür, 3 ayına kimi isə, ümumiyyətlə, körpələr gülə bilmir.

Gülüş zamanı hava 100 km/saat surəti ilə hərəkət edərək, bronxların selikli qişasında toplanmış qatı selik möhtəviyyatını qopararaq, bronxları təmizləyir, iltihabi xəstəliklər (astma, bronxit) zamanı nəfəsalmanı yüngülləşdirir.

Gülüş sağ və sol yarımkürələrdə əlaqə yaradaraq, beyinin limbik sistemini aktivləşdirməklə, insanın məntiqi və yaradıcılıq qabiliyyətini artırır.

İngilis filosofu doktor Uilyam Osler gülüşü insan həyatının musiqisi adlandıraraq, hər gün heç olmasa 10 dəqiqə gülməyi tövsiyyə etmişdir. Araşdırmalar göstərmişdir ki, sutkada 17 dəqiqə gülmək ömrü 1 il uzadır.

Harvard Universitetinin araşdırmalarına görə, gülüş zamanı ağ ciyərlərdə ventilyasiya güclənir, arterial təzyiq normallaşır, qanda şəkərin miqdarı tənzimlənir.

Gülüşün onkoloji xəstələrin müalivəsində də müsbət təsiri araşdırılmışdır.

Bəzi ölkələrdə, hətta, “Gülüş terapiyası“ndan aktiv istifadə olunur.

Ən çox gülən insanlar Braziliya və Kubada, ən sıxıcı insanlar isə Skandinaviya ölkələrində yaşayırlar.

80-90% faiz hallarda, insanlar boş, heç bir məna kəsb etməyən frazalara gülürlər.

Yüksək yumor qabiliyyəti olan kişilər, ciddi kişilərə nisbətən qadınlar tərəfindən daha diqqətə layiq olurlar. Yumorun qadınlara nisbətən kişilərə daha çox xarakter olduğu düşünülür. Bu əsasən, kişi hormonu testosteronun fəaliyyəti ilə bağlıdır.

Hamınıza gülüş dolu dəqiqələr arzulayıram.

Psixoloq Almaz Əskərova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...