GÖZLƏRİMİZİN NURUNU QORUYAQ!

Gözlərinizə toxunmazdan öncə əllərinizi mütləq sabunla yuyun.

Düzgün qidalanın. Meyvə-tərəvəz, xüsusilə ispanaq, kələm, kahı, kök, Omeqa-3 yağlı turşularla zəngin olan losos, tunes, paltus, süd məhsulları göz sağlamlığı üçün çox vacibdir.

Artıq çəkilərinizdən azad olun. Artıq çəki şəkərli diabet kimi xəstəliyin riskini artırır. Şəkərli diabet xəstəliyi zamanı görmə qabiliyyəti pozulur.

loading...

Siqaret çəkməyin. Araşdırmalar göstərir ki, siqaret çəkən insanlarda katarakta, yaşla bağlı olan makulyar degenerasiya, göz sinirinin toksiki zədələnməsi kimi pozulmaların riski siqaret çəkməyən insanlarla müqayisədə xeyli artıq olur.

İldə 1 dəfə oftalmoloq müayinəsindən keçin.

Gözlərinizi kompüterdən və gündən qoruyan eynəklərdən istifadə edin. Güclü ultrabənövşəyi şüalanma göz sağlamlığına ciddi zərbə vurur, bəzi göz xəstəliklərinin riskini artırır.

Gözlərinizə istirahət verin.

loading...

Bunuda oxu...