GÖZ XƏSTƏLİKLƏRİ

Göz xəstəlikləri müxtəlif əlamətlərə sahibdir. Ancaq hamısı eyni şeyi tələb edir – aşkar edilən kimi həkimə müraciət etmək.

Göz xəstəlikləri simptomları müxtəlif cür büruzə verir. Gözlərdə qaranlıq, görmə bucağının azalması, ağrı və xarici cism hissi. Əgər səbəb infeksiyadırsa həkimə müraciət mümkün qədər tez olmalıdır. Çünki infeksiya daxilə keçsə və irəliləsə daha ciddi nəticələrə, hətta korluğa səbəb ola bilər.

Göz xəstəliklərinin əsas simptomları belədir:

loading...

Gözdə “qum” yaxud xarici cism hissi

Görmə dərəcəsinin dəyişməsi

Göz təyziqinin artması

“Dumanın” əmələ gəlməsi

Göz almacığında ağrı

Gözlərdə “ildırım”

Qızartı

Müxtəlif növ ifrazat

Şiş

Qaşıntı

Yaş

İkili görmə

Bəbəyin formasının və ölçülərinin dəyişməsi

Göz xəstəlikləri hədsiz çoxdur. Ən çox yayılmış göz xəstəlikləri:

Yaxındangörmə – uzaqda yerləşən əşyaları görə bilməmək.

Xalyazion – göz qapağının kirpik hissəsinin yaxud piy vəzisinin kəskin irinli iltihabı.

Quru göz sindromu – gözlərdə daimi quruluq. Adətən kompyuter arxasında uzunsürən işlə əlaqədardır.

İtdirsəyi – göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı.

Katarakta – göz büllurunun şəffaflığının pozulması.

Astiqmatizm – uzaq məsafəni dumanlı görmə.

Presbiopiya – yaşlanma ilə əlaqədar yaxın məsafədə xırda əşyaları yaxud xırda şrifti görə bilməmə.

Göz ən vacib orqanlardan biridir, ona qarşı həmişə diqqətli olmalıyıq. Göz xəstəliklərindən qorunmaq üçün gözlərin qeydinə qalmaq lazımdır. Gözləri qorumaq üçün:

Düzgün qidalanma, qidada gərəkli mineralların olmaması gözlərə mənfi təsir edir. Vitamin A (yumurta, kök), yağlar və s. minerallar qəbul etmək faydalıdır.

Sabahlar məşq etmək, bu yorğunluğu azaldacaq, qan dövranını artıracaq. Öncə yaxında olan bir əşyaya baxın, sonra uzaqda bir nöqtəyə, sonra yenidən yaxındakı əşyaya baxın. Bu hərəkəti 12-15 dəfə edin. Digər məşq isə belədir: başınızı çevirmədən sağa, sola, aşağı və yuxarı baxın.

Çox parlaq rənglərdən uzaq olun. Məsələn qırmızı rəng gözü yorur və qıcıqlandırır.

Sağlam həyat tərzidə gözlərimizə faydalıdır. İdman bütün bədəndə qan dövranını artırır, həmçinin görmə orqanlarında.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...