GÖZ QAPAĞININ ABSESİ

Bəzi ədəbiyyatlarda Preseptal Sellülit adlandırılan bu xəstəlik göz qapaqlarının tarzoorbital fassiyadan öndə yumşaq toxumasının infeksion zədələnməsidir. Preseptal Sellülit ən çox uşaqlarda və gənclərdə rast gəlinən xəstəlikdir.

Preseptal sellülitin yaranma səbəbləri:

Göz qapaqları dərisinin travması, məsələn cızıq və ya həşərat sancması. Törədici adətən S.aureus və ya S.pyogenesdir;

loading...

Yerli infeksiyanin yayılması məsəslən itdirsəyi və ya kəskin dakriosistit (göz yaşı kisəsinin iltihabı) nəticəsində;

Hemotogen yolla infeksiyanın yaxın iltihab ocaqlarından – yuxari tənəffüs yolları və ya orta qulaqdan ötürülməsi.

Əlamətləri – Göz qapağının bir tərəfli, ağrılı, hiperimiyalı ödemi.

Qeyd etmək lazımdır ki, differensial diaqnostikası adətən orbital sellülitlə aparılır. Ondan fərqli olaraq ekzoftalm və xemoz olmur.

Preseptal sellülit bəzən sürətlə proqressivləşərək orbitaya yayıla bilər və daha ciddi patologiya sayılan orbital sellülit yarana bilər. Bunun üçün yuxarıda sadalanan şikayətlərlə rastlaşdıqda vaxtında oftalmoloqa müraciət etmək vacibdir.

Dr. Mirzəyeva Aytən

loading...

Bunuda oxu...