Göz nəqli yaxın on ildə mümkün olacaq

Gğz nəqliAlimlər hələki gözün tam nəqlini həyata keçirməyiblər. Belə transplantasiya cəhdləri edilir – heyvanlar üzərində bir çox eksperimentlər artıq edilib və davam edir.

Göz qəliz strukturdur, o özündə əzələlər, əsəb və qan damarlarını birləşdirən bütöv bir kompleksdir. Sonuncular isə kəllə beyini ilə birləşir. 1977-ci ildə ABŞ Milli göz institutu (National Eye Institute) demişdir ki, gözün tam nəqli mümkün deyil. Eksperimentlər zamanı bir çox problemlər yaşanmışdır.

Pittsburq universitetindən (University of Pittsburgh) olan bir qrup tədqiqatçı bu yaxınlarda göz nəqli əməliyyatına hazırlaşdığını elan edib – belə transplantasiya yaxın on ildə baş verə bilər. Əgər belə nəqllər kliniki praktikada istifadə edilsə bu travma və xəstəliklər nəticəsində itirilmiş görmə qabiliyyətini bərpa edə bilər. Tədqiqatçılar qrupunun rəhbəri, Kia Vaşinqton (Kia Washington) bir çox alimlərin bu məsələyə skeptik baxdığını deyir.

loading...

Pittsburqdakı alimlər ümid edirlər ki nəql prosesinin bütün çətinlikləri həll ediləcək və transplantasiya olunmuş göz tam funksional olacaq. Hazırda onlar laboratoriya siçanları üzərində eksperiment aparırlar. Nerv hüceyrələrinin həyat qabiliyyəti və sonradan böyüməsi üzərində işləyirlər. Onlar donor gözünün götürülmə zamanı neyronların funksional qalmasının vacibliyini vurğulayırlar.

İnsanlar üzərində göz transplantasiyası etməzdən əvvəl alimlər hələ bir çox problem həll etməlidirlər. Onlardan biridə yeni orqanın bədən tərəfindən qəbul edilməsidir – transplantasiya əməliyyatı zamanı baş verən ənənəvi problem. Bunun üçün siçanlar və primatlar üzərində əlavə eksperimentlər aparılacaq.

loading...

Bunuda oxu...