GÖZ HƏKİMİNƏ MÜRACİƏT ÜÇÜN 5 SƏBƏB

OftalmoloqPlanetimizin əhalisinin 60%-dən çoxunda görmə ilə bağlı müxtəlif problemlər var. Araşdırmalr belə göstərir. Və bu rəqəm daima artır. Görmə ilə problem tək yaşlı insanlar deyil, cavanlar və uşaqlar arasındada aktualdır. Alimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir.

Gözlərin sağlamlığı üçün tez-tez uzaq məsafələrə baxmaq faydalıdır. Günümüzün insanları isə vaxtlarının bir çox hissəsisni kompütür, planşet, smartfon və digər texnika qarşısında keçirir.

Müəyyən halalrda göz problemləri özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir. Bu səbəbdən belə simptomları göz xəstəlikləri ilə əlaqələndirmirlər və nəticədə göz həkiminə müraciət etmirlər. Bu isə xəstəliyin ağırlaşmasına gətirib çıxardır.

loading...

Aşağıda göstərilən simptomları müşahidə etdikdə göz həkiminə, oftalmoloqa,  müraciət etmək vacibdir.

Göz yorğunluğu, gözlərdə yandırma və qaşınma.

Mütəmadi təkrarlanan baş ağrıları

Baş gicəllənməsi.

Oxuma zamanı tez yorğunluq, televizoru sona qədər izləyə bilməmək

Gözlərin qarşısında nöqtələr, xətlər “görmək”.

loading...

Bunuda oxu...