GÖY ÖSKÜRƏK

Müasir tibbdə çox yeniliklər və kəşflər var. Lakin, təəsüf ki, bunlar göy öskürək xəstəliyinə aid deyillər. Bu xəstəlik günümüzdə də ən təhlükəli və geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Uşaqda göy öskürək xəstəliyini yalnız həkim müəyyən edə bilər. Buna baxmayaraq uşağın sağalmasında ən böyük rolu valideynləri oynayır. Göy öskürəyi əksər hallarda peyvənd almamış uşaqlar tutur.

Göy öskürək çox uzun çəkən xəstəlikdir, öskürək tutmaları çox ağır, əzab verici olur, xüsusən də körpələr üçün. Göy öskürək xəstə insan öskürdükdə, asqırdıqda xəstədən sağlam insana keçə bilər.

Göy öskürəyi ən çox 2 yaşdan kiçik olan uşaqlar tutur və ona hətta peyvənd olunmuşlar da düçar ola bilər. Sadəcə peyvənd almış uşaqlarda göy öskürək daha yüngül keçir və ölüm riski olmur. Göy öskürəyə qarşı ömürlük immunitet yaranmır – xəstələndikdən sonra 10 il yaxud peyvənddən sonra 5 il ərzində olur.

loading...

Göy öskürək xəstəliyi 3 aya yaxın çəkir. Və bu müddət müalicə ilə azalmır.

GÖY ÖSKÜRƏKXəstəliyin ilk günlərində bütün əlamətlər sadə soyuqdəyməyə oxşayır. Xəstəliyin başlamasından 20 gün sonra xəstə digər insanlar üçün artıq təhlükəli olmur. Lakin xəstəlik davam edir.

Göy öskürəyin ilk əlamətləri:

boğazda yüngül ağrı;

yüngül burun axması;

yüksək olmayan hərarət (38°С qədər, əgər daha yüksək olarsa – bu, göy öskürək deyil).

10-14 gündən sonra bu simptomlar keçir və meydana getdikcə güclənən öskürək çıxır. Bunda təxminən 10 gün sonra da öskürək tutması halları başlayır. Bu tutmalar zamanı körpələrin nəfəsi kəsilir, çünki hava uda bilmirlər, hətta qusma da ola bilər. Lakin maraqlıdır ki, öskürək tutması olmadığı adi vaxtlarda uşaq özünü adətən yaxşı hiss edir. Məhz bu, göy öskürəyə məxsus bir haldır.

“Yüz günlük öskürək” bu xəstəliyin ikinci adıdır. Bronxların iç səthi göy öskürək çöplərinin inkişafı və çoxalması üçün ideal mühitdir. Orada məskunlaşaraq bu çöplər epitelinin daima qıcıqlanmasına səbəb olurlar, bundan da epizodik, dəhşətli, davamlı və uzun çəkən (3 ayadək) “hürən” öskürək əmələ gəlir. Bu cür öskürək yalnız göy öskürəyə məxsusdur.

Göy öskürək çöpləri xəstəliyin 20-ci günü məhv olurlar. Lakin onların keçmiş aktivliyi nəticəsində sinir mərkəzi  qıcıqlanır – bu səbəbdən öskürək bu qədər uzun çəkir – “adət olaraq” uşaq bakteriyalar məhv olduqdan sonra da hələ uzun müddət öskürəkdən əziyyət çəkir. Və bu öskürəyi müalicə etmək olmur, zamanla öz-özünə keçir.

Uşağın nəfəs aldığı hava öskürəyə çox təsir edir. Əgər mühit nəm və sərindirsə, o zaman öskürək tutmaları da asan keçir. Uşağa yardım etmək üçün nə etmək olar?

1) Otaqda isitmə sistemini söndürün, otağın hərarətini 15-16° С dərəcəyə, nəmliyini isə 50% çatdırmaq;

2) Uşaqla tez-tez və uzun müddət təmiz havada gəzmək;

3) Əgər uşaq uzandığı halda öskürək başladısa, onu dərhal oturtmaq lazımdır;

4) Uşağı öskürək tutması zamanı qorxutmaq olmaz: istənilən stress öskürəyi artıracaq. Həyəcanlanmayın və uşağın fikrini yayındırmağa çalışın;

5) Uşağı əyləndirin. Ona yeni oyuncaq verin yaxud yeni cizgi filmi izlətdirin və görəcəksiniz ki, öskürək tutmaları xeyli azalır. Göy öskürək zamanı öskürəyə qarşı dərmanlar qətiyyən kömək etmirlər! Bunun əvəzinə gəzintilər, səhər tezdən dəniz havası, yeni oyuncaqlar, yeni kitablar və digər əyləncələr çox yardım edir. Uşağı xəstəlikdən yayındıra biləcək hər şeydən istifadə edin. Çünki onun beyni maraqlı oyunlarla məşğul olduqda, uşaq adətən öskürmür.

Göy öskürəyin adi formalarının müalicəsi üçün dərman yoxdur. Lakin xəstəlik ilk günlərdə soyuqdəyməyə, virus infeksiyasına çox oxşadığı üçün uşağa antibiotik vermək heç kimin ağlına da gəlməz. Və çox nadir hallarda bu dövrdə göy öskürək diaqnozu qoymaq olur. Bu dövr bitdikdə və “yüz günlük öskürək” başladıqda isə antibiotik qəbul etməyin artıq mənası olmur, çünki bronxlarda diri göy öskürək bakteriyası qalmır. Və belə çıxır ki, nəzəri olaraq göy öskürəyə qarşı dərman var, lakin onu uşağa vaxtında vermək, demək olar ki, mümkün deyil.

Nə olur olsun, göy öskürəyə qarşı antibiotikləri həkim təyini ilə qəbul etmək lazımdır və yalnız o halda ki, evdə artıq bir göy öskürək xəstəsi var.

Göy öskürəyə qarşı peyvənd etməyin mənası varmı? 2 yaşadək uşaqlarda tənəffüs əzələləri yaxşı inkişaf etməmiş olur, ona görə də göy öskürək zamanı uzunmüddətli öskürək tutmalarına dayanmaq onlar üçün çox çətindir. Məhz bu səbəbdən göy öskürəyə qarşı peyvəndi körpələrə 3 aydan etməyə başlayırlar.

Əgər uşaq 3 ayınadək bu xəstəliyə düçar olarsa, onu mütləq xəstəxanaya yatırırlar, çünki ölüm riski çox yüksəkdir.

Göy öskürəyə qarşı peyvənd “Hib” qarışıq peyvəndin tərkibinə daxildir (B tipli hemofil infeksiyaya, difteriya, göy öskürək, tetanus və hepatit B qarşı peyvənd). Lakin göy öskürəyə qarşı peyvənd insanı bu xəstəlikdən ömürlük qorumur, sadəcə 3-5 illik immunitet yaradır. Bu halda sual yaranır ki, bu peyvəndi heç etməyə dəyərmi? Əksər uşaq həkimləri deyəcək ki, bəli, lazımdır – çünki bu xəstəlik körpələrdə ölümlə nəticələnə bilər.

Göy öskürəyə qarşı peyvəndin yaradılmasından əvvəl bu xəstəlik körpələrin ölüm səbəbi olaraq ilk yerdə idi. Peyvənd geniş istifadə olunmağa başladıqdan (1960-cı illərdən) sonra isə göy öskürəkdən ölüm halları 45 dəfə azaldı. Lakin günümüzdə də göy öskürəkdən peyvənd almamış bir çox körpənin həyatı təhlükə altındadır.

Dr. Həmid Hacıağayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...