GÖVDƏNİN SKELETİ

Gövdənin skeletinin əsasını 33-34 onurğadan, fəqərədən, ibarət olan, onurğa sütunu təşkil edir. Gövdənin skeleti onurğa sütunu, qabırğalar və döş sümüyü olmaqla üç yerə ayrılır. Onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm onurğalarına bölünür.

SümüklərYeddi boyun onurğasından ilk iki onurğa fərqlənir və xüsusi ad daşıyır. Birinci boyun onurğası atlas, ikincisi isə ox onurğa adlanır. Hər bir onurğa cisimdən, onurğa qövsündən və cıxıntılardan təşkil olunmuşdur.

Onurğalar döş qəfəsinin əmələ gəlməsində iştirak edir. Döş qəfəsi döş onurğalarından, 12cüt qabırğadan, döş sümüyündən və bir cüt körpücük sümüyündən ibarətdir. Qabırğaların on cütü qığırdaq vasitəsiilə döş sümüyünə bitişir. Qalan iki cütü döş sümüyünə birləşmir, qarın boşluğunun yan divarlarında sərbəst yerləşdiyi ücün azad qabırğalar adlanır .

loading...

Döş sümüyü yastı sümük olub yuxarı, orta və aşağı hissələri vardır. 30 yaşdan sonra bu hissələr bir-biri ilə bitişir.

Onurğa sütununun uzunluğu kişilərdə 70-73 sm, qadınlarda isə 66-69 sm. Onurğa sütununun uzunluğu təkcə onurğalar ilə əlaqədar deyil, fəqərəarası qığırdaq disklərdən də asılıdır.

Döş şöbəsi onurğanın əl uzun nahiyəsidir ki, uzunluğu 27-30 sm olur, 13-14 sm boyun, 17-18 sm bel, 12-15 sm oma-büzdüm nahiyələridir. Onurğa sütununda önə olan əyriliyə lordoz arxaya olan əyriliyə kifoz deyilir .

Kəllə başın skeleti olub, iki hissədən beyin kəlləsi və üz kələsindən ibarətdir .

Beyin kəlləsinə tək sümüklərdən ənsə, alın, əsas və xəlbir sümükləri, cüt sümüklərə isə təpə və gicgah sümükləri aiddir.

Üz kəlləsinə əng sümükləri, almacıq sümükləri, damaq sümüyü, aşağı balıq qulaqları, burun sümüyü, gözyaşı sümükləri, çənə sümüyü, xış və dilaltı sümüklər aiddir .

Kəllənin beyin hissəsinin yuxarısında kəllə qapağı, aşağı hissəsində isə kəllə əsası yerləşir. Kəllənin ön tərəfində göz yuvarları və burun boşluğu, yan səthlərində isə qanad-damaq, gicgahaltı və gicgah cuxurları yerləşir.

Kəllənin bərk nahiyələrində kontrfors adlanan qalınlaşmalar vardır ki, bunlarda alın-burun, gicgah-almacıq, qanadabənzər-damaq, cənə kontrforsları adlanırlar.

Kəllə sümüklərinin forması yastıdır, ikiqat sərt və bunların arasında yerləşən bir qat süngəri maddədən təşkil olunmuşdur.

Yuxarı və aşağı ətrafların skeleti. Yuxarı ətrafın skeleti-ciyin qurşağı və yuxarı ətrafın azad hissəsindən ibarətdir. Çiyin qurşağında bir cüt körpücük və bir cüt kürək sümükləri yerləşir. Körpücük sümüyü uzun olub formaca “S” bənzəyir. Kürək sümüyü isə yastı olub, üçbucaq formasındadır. Çiyin qurşağı sümükləri birləşərək döş-körpücük oynağı və çiyin çıxıntısı-körpücük oynağı adlı iki oynaq əmələ gətirir.

Azad yuxarı ətraf skeletinə bazu, said və əl sümükləri aiddir. Bazu uzun sümüklərdən olub bir cismi, iki ucu vardır.

Said-dirsək və mil sümüklərindən ibarətdir. Dirsək saidin içəri-çeçələ barmaq tərəfində yerləşir, cismi, piroksimal və distal ucları vardır.

Mil sümüyü uzun sümüklərdəndir, saidin bayır baş barmaq tərəfində yerləşir, diafizi, piroksimal və distal epifizləri vardır.

Əl-bilək, əldarağı və barmaqlar olmaqla üc hissədən ibarətdir. Biləkdə piroksimal və distal cərgədə 8 sümük yerləşmişdir. Piroksimal cərgədə qayığabənzər, aypara, üçkənarlı, noxudabənzər sümüklər, distal cərgədə trapesiyaşəkilli, trapesiyayabənzər, başlı, qarmaqlı sümüklər vardır.

Əldarağı sümükləri beş nazik, qısa borulu sümüklərdən ibarətdir və hər birinin əsası, cismi və başı vardır.

Barmaqların skeleti qısa borulu-falanqalardan ibarət olub, əl baş barmaqda iki, yerdə qalan dörd barmaq isə üç falanqadan təşkil olunmuşdur.

Yuxarı ətrafın azad hissəsi kürək sümüyü ilə birləşməsi nəticəsində bazu oynağını əmələ gətirir. Həmcinin bazi sümüyü aşağı hissədən dirsək oynağı vasitəsi ilə said sümüklərinə, said isə mil-bilək oynağı ilə əl sümüklərinə birləşir .

Aşağı ətraf skeleti-çanaq qurşaqı və aşağı ətrafın azad hissəsindən ibarətdir. Çanaq sümüyü-qalca, oturaq və qasıq sümüklərinin birləşməsindən ibarət olub, 14-16 yaşa kimi bu sümüklər qığırdağın köməyi ilə bitişir, sonra sümükləşərək bir sümüyə çevrilir. Çanaq gövdənin istinadın təşkil edir, həmcinin gövdəni azad aşağı ətrafla birləşdirərək, gövdənin ağırlığını aşağı ətrafa ötürür, bədənin hərəkətini təmin edir .

Azad aşağı ətraf skeleti üç hissədən ibarətdir-bud, baldır və ayaq sümükləri.

Bud sümüyü ən uzun sümük olub cismi, proksimal və distal epifizləri vardır.

Diz qapağı-insan orqanizmində ən böyük küncütəbənzər sümük olub, zirvəsi, ön və dal səthləri vardır.

Baldır iki sümükdən qamuş və incikdən ibarətdir. Qamuş sümüyü baldırın iç, baş barmaq tərəfindən yerləşir. İnsan orqanizmində ən möhkəm sümükdür. Proksimal ucunda iç-bayır kondilus çökəklikləri ilə yanaşı bud sümüyünün bitişməsinə məxsus oynaq səthi, aşağı ucu isə ayaqla birləşməyə məxsus oynaq səthi ilə tamamlanır.

İncik sümüyü baldırın bayrında çəçələ barmaq tərəfdə yerləşir. Ucları və cismi vardır. Proksimal epifizində oynaq başı, qamuş sümüyü ilə birləşməyə məxsus oynaq səthi vardır.

Ayaq-ayaq daraqarxası, ayaq darağı və ayaq barmaqlarından ibarətdir. Ayaq daraqarxası 7 qısa süngəri sümükdən-daban, aşıq, qayığabənzər, pazabənzər (içəri, ara və bayır pazabənzər), kubabənzər sümüklərdən ibarət olub ayağın arxa hisəsində yerləşir.

Ayaq darağı sümükləri beş borulu sümüklərdən təşkil olunub, hər birinin cismi, əsası və başı vardır. Bu sümüklərin əsası ayaqdaraqarxası sümükləri ilə başı isə falanqalarla birləşmişdir. I barmaq (baş) iki proksimal və distal falaqalardan, II-V barmaqlar isə üç proksimal, orta və distal falanqalardan təşkil olunmuşdur.

Aşağı ətrafın azad hissəsində bud-çanaq, diz və baldır-ayaq oynaqları vardır .

Bud-çanaq oynağı-bud sümüyünün başı ilə çanaq sümüyündə yerləşən sirkə kasasının birləşməsindən yaranır. Bu oynaqda bud 40-60˚ uzaqlaşır, 15-30˚ yaxılaşır.

Diz oynağı vasitəsiilə bud, qamış və diz qapağı sümükləri birləşir. Bu oynaq formaca blok-kürəyə bənzər oynaqlardandır.

Baldır sümüyünün proksimal ucları qamış-incik oynağını əmələ gətirir.

Ayaq sümüklərinin birləşməsi nəticəsində aşıq-baldır, aşıqaltı, aşıq-daban-qayığabənzər, daban-kubabənzər, ayaq daraqarxası-ayaq darağı oynağı, köndələn oynağı, paz-qayığabənzər, paz kubabənzər, ayaq daraqarxası-ayaq darağı, ayaq darağarası, ayaqdarağı-falanqa, ayağın falanqaarası oynaqları əmələ gəlir.

Ayaq-dayaq, lokomotor və ressor adlı üç əsas funksiya yerinə yetirir. İnsan ayaq üstə durarkən əsas ağırlıq daban sümüyü və aşıq sümüyünün başı üzərinə düşür. Bədənin dayağında ayaq barmağları əsas rol oynayır .

İnsanın orqanlar sistemi və xəstəlikləri, i. A. Axundov, “MVS nəşr”, Bakı – 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...