GÖRMƏNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN
Dövrümüzdə görmə problemləri olduqca yayılıb. Səbəb isə kompyuter, planşet, telefon və digər texnikadır.
İnsan gözləri bütün gün gərgin vəziyyətdə olur, nəticədə isə görmənin pisləşməsi qaçılmaz olmur. Həkimlərin müşahidələrinə görə 50% hallarda görmənin pisləşməsinin səbəbi gözlərin həddindən artıq yüklənməsi və görmə gigiyenasının olmamasıdır.
Bunun qarşısını almaq üçün müəyyən sadə vasitələrdən istifadə etmək olar:
Massaj
Massaj göz əzələlərinin gərginliyini azaldır. Gözləri yumub yüngül hərəkətlərlə barmaqların ucları ilə göz almalarını massaj etmək.
Palminq
Dirsəkləri masaya qoyub, gözləri yumub ovuclar ilə onları bağlamaq. Bu vəziyyətdə bir neçə dəqiqə qalmaq.
Göz gimnastikası
Göz gimnastikası gərginliyi azaldır, qan dövranını yaxşılaşdırır. Gün ərzində bir neçə dəfə etmək gərəkdir.
Qaragilə ilə kök şirəsi
Qaragilə və kök gözlərə vacib vitaminlərlə zəngindir. Şirələri qarışdırıb içmək gərəkdir.
Yoqa instruktorlarının fikrinə görə oda, suya və aya baxçaq görməyə faydalıdır.