GÖBƏLƏK XƏSTƏLİYİ

Ayaq dərisinin göbələk xəstəliyi dermatoloqlar tərəfindən mualicə olunan bir xəstəlik olsa da, bütün ixtisaslı həkimlər bu patologiyalı xəstələr ilə qarşılaşırlar. Bizə də muraciet edən xəstələr arasında pəncənin dırnaqların göbələk zədələnməsi çox olur. Bəs nə edək ki ,bu xəstəliyə tutulmayaq. Yayın gəlməsi ilə bu xəstəliyə tutulmaq ehtimalı da artır.

Əgər ayagınızda “açıq qapı” dediyimiz sıyrıq, çat, yara varsa xəstə insanların ayaqyalın gəzdiyi yerdə asanlıqla yoluxa bilərsiniz. Travmadan qorunun.

Ümumi istifadədə olan duş kabinləri, hovuz, hamamlarda şəxsi başmaq və dəsmallardan istifadə edin.

loading...

Ayağınız çox tərləyirsə göbələyin inkisafina yaxşı şərait var deməkdir. Sintetik corablar geyinməyin və şəxsi gigiyena qaydalarına riayət edin, calışın ayaq quru olsun, göbələk nəm mühiti sevir.

Ayaq qan dövranında problem olan insanlar (endarterit, ateroskleroz, varikoz, şəkərli diabet və s.) ayaq baxımına ciddi yanaşmalı, ayaqda olan çat və sıyrıqlarda müxtəlif infeksiyaların qoşulmasının qarşısını almaq üçun vaxtında həkimə müraciət etməli, əsas xəstəliklərini mualicəsini ləngitməməlidirlər.

Bədən muqavimətinizi qaldırın (immuniteti), əks halda göbələk və digər infeksiyaların inkisafina sərait yaranacaq.

Dr. Afaq Zahidova

loading...

Bunuda oxu...