GİZLİ ŞƏKƏR NƏDİR

Prediabet, yəni “gizli şəkər” diabetdən öncəki dövrə deyilir. Bu dövrdə bu tip xəstələr gizli şəkər xəstəsi kimi qəbul edilir. Gizli şəkəri olan xəstələrin əsas şikayətləri bunlardır:

Davamlı şirniyyat yemə istəyi, aclığa dözümsüzlük,

Qan şəkərinin düşməsi,

loading...

Yuxululuq, xüsusən də gündüz vaxtı,

Əsəbilik, aqresivlik

Tərləmə, xüsusən də gecə tərləmələri

Halsızlıq, yorğunluq, psixoloji gərginlik

Sürətli çəki alma və arıqlaya bilməmə

Yeməkdən sonra yuxuya meyillik.

Bu əlamətlərin bir və ya bir neçəsi xəstələrdə görülə bilər. Lakin elə xəstələr də var ki heç bir şikayəti olmur. Onlarda gizli şəkər təsadüfən aşkar olunur. Gizli şəkərin dəqiq diaqnozu yalnız şəkər yükləməsi testinə əsasən qoyulur. Kimlərə şəkər yükləmə testi edilməlidir?

BÇİ (boy çəki indeksi) normadan çox olanlar,

Hamiləlik zamanı qan şəkəri yüksək olanlar,

Ailəsində və yaxın qohumlarında şəkərli diabet olanlar.

Əgər xəstər aşkarlanıb vaxtında düzgün həyat tərzi keçirərlərsə, şəkərli diabetə tutulmaqdan xilas ola bilərlər.

Dr. Natavan Məmmədova

loading...

Bunuda oxu...