GİNGİVİTLƏR

DişlərGingivit ən çox yayılan parodont xəstəliyi olub, demək olar ki, bütün yaş dövrlərində, o cümlədən uşaqlar və yeniyetmələrdə də rast gəlinir.

Gingivitin əmələ gəlməsinə səbəb olan faktorlar yerli və ümumi olmaqla iki qrupa bölünür. Ümumi səbəblər içərisində orqanizmin reaktivliyinin aşağı düşməsi, endokrin, ürək-damar, qanyaradıcı orqanları, mədə-bağırsaq sistemi xəstəlikləri, habelə hipovitaminozlar, allergik reaksiyalar, infeksion xəstəlikləri, hamiləlik toksikozları və s. göstərmək olar.

Orqanizmdə baş verən ümumi xarakterli dəyişikliklər, zərərli yerli faktorlarla birgə prosesi bir qədər də ağırlaşdırır. Zərərli yerli faktorlar bunlardır: ağız boşluğunun gigiyenik vəziyyətinin pis olması, diş ərpi və diş yastıqcığının əmələ gəlməsi, diş-çənə anomaliyası və deformasiyaları, mexaniki, kimyəvi, fiziki zədələnmələr və s. yerli travmatik faktorlar da bilavasitə gingivitlərin yaranmasına səbəb ola bilər.

loading...

Diş ətinin iltihabı hiperemiya, ödem, qanaxma, şişkinlik, hipertrofiya, prosesin kəskin və xroniki xarakterli gedişə malik, həmçinin lokal və yayılmış formada olması ilə səciyyələnir.

Bundan əlavə, plomblama zamanı buraxılan səhvlər (preparasiyanın düzgün aparılmaması, matrisadan istifadə olunmaması), diş daşlarının olması, dişlərin retensiyası və distopiyası və s. gingivitlərin yaranmasına gətirib çıxarır.

Gingivitin gedişi orqanizmdəki ümumi dəyişikliklər kompleksindən və selikli qişadakı iltihabın yayılma dərəcəsindən asılıdır. Yüngül dərəcəli gingivit üçün dişlərarası məməciklərin zədələnməsi, orta gedişlidə prosesin marginal hissəyə də yayılması, ağır formada isə alveolyar sahədə də iltihabın aşkar edilməsi xarakterikdir.

Gingivit zamanı dişin bağ aparatının zədələnməsi müşahidə olunmur, ancaq dişlərin hipertrofiyası hesabına (hipertrofik gingivitlərdə rast gəlinir) yalançı parodontal ciblər əmələ gələ bilər.

Parodont xəstəlikləri, R. M. Məmmədov, B. M. Həmzəyev

loading...

Bunuda oxu...