GİNEKOLOQA MÜRACİƏT EDİLMƏLİ 10 HAL

İntim gigiyenaQeyd edək ki, əgər sizi heç nə narahat etmirsə belə, ildə iki dəfə ginekoloqun müayinəsindən keçmək vacibdir. Aşağıdakı hallarda isə ginekoloqa dərhal müraciət etmək lazımdır.

Cinsi orqanlarda ağrılar, narahatlıq, qaşınma, səpkilər, pis qoxulu vaginal ifrazı

Bu simptomlar cinsi yolla ötürülən xəstəliklərin əsas simptomlarıdır. Bu infeskiyon xəstəliklər, ginekologiya urologiya sahəsində ən əsas problemlərdən hesab olunur. Bu cür xəstəlikləri həmçinin gizli xəstəliklər adlandırırlar, çünki sadə yaxma onları təyin edə bilmir. Yalnız xüsusi olaraq, bu infeksiyalar üçün hazırlanmış reaksiyalar onları müəyyən edirlər. Hər iki partnyorun müalicəsi nəticəsində, tam sağlamlıq əldə edilir.

loading...

Aybaşılar zamanı qanaxmanın və ritmin pozuntusu

Bu hal yumurtalıqların funksiyasının pozuntusu zamanı, yaş xarakterli (ilk menstruasiya və 45-50 yaş zamanı), xroniki iltihabın yumurtalıqlara təsiri zamanı baş verir.

Nevroloji xəstəliklər, yorğunluq sindromu, stress və zədələr yumurtalıqların düzgün funksiyasına zərər yetirir.

Menstruasiyaya aid olmayan cinsi orqanlardan qanaxmalar

Bu da, yumurtalıqların ritmik funksiyasının pozuntusunun nəticəsində ola bilər. Bu həmçinin uşaqlıq yolunda və onun daxilində olan polip zamanı da mümkündür. Uşaqlığın mioması zamanı da, menstruasiya dövrləri arasında qanaxmalar mümkündür. Bol qanaxmalar zamanı isə, təxirəsalınmaz tibbi yardım göstərilməlidir.

Ayaqlar və bel nayihəsinə cinsi orqanlardan vuran ağrılar zamanı

Bu uşaqlığın və ya yaxın toxumaların iltihabı zamanı mümkündür. Aybaşılar, cinsi əlaqə, ginekoloq müayinəsi zamanı kəskin ağrılar, endometriozdan xəbər verir. Bir tərəfli ağrılar isə, yumurtalığın kistası səbəbindən mümkündür.

Əgər hamiləlik planlaşdırırsınızsa

Sterssli və zəif orqanizmimiz olan dövrdə, ginekoloq müayinəsindən keçməmiş hamiləlik böyük riskdir.

Uğursuz doğuşlar

Əgər uşağın düşməsi və ya digər uğursuz hamiləlik dövrünüz olubsa, reabilitasiya üçün ginekoloqa müraciət etmək lazımdır. Həmçinin ginekoloq araşdırıb, embrionun nəyə görə uğursuz olduğunu təyin etməlidir.

Düzgün qorunma vasitələrinin seçilməsi

Ginekoloq tərəfindən tövsiyyə edilmiş hamiləlik əleyhinə vasitələr yalnız abortdan qorumur, həmçinin gələcəkdə yumurtalığın düzgün funksiya yerinə yetirməsinə təsir göstərir.

8 Hərarət və hal dəyişikliyi

Üzə, boyuna, döş nahiyəsinə qəfil istilik gəlirsə, yuxusuzluq narahat edirsə, ürəkdöyünməsi, qəfil əhval dəyişikliyi varsa, ginekoloqa müraciət etmək lazımdır. Bu yaşla əlaqədar, yumurtlıqların funksiyalarını başa vurması, yəni klimaksla əlaqəli ola bilər.

Menstruasiya dövrünün gecikməsi

Bu dövrün gecikməsi, təkcə hamiləliklə əlaqəli deyil. Ola bilsin ki, yumurtalıqların funksionallığı pozulub.

Ginekoloji əməliyyatlardan sonra

Xəstəxanadan çıxışdan sonra mütəadi olaraq ginekoloqun məsləhətləri ilə reabilitasiya dövrü keçmək vacibdir.

Dr. Sevinc Əkbərova

loading...

Bunuda oxu...