GİNEKOLOJİ MƏSLƏHƏTLƏR

Qadınİndi isə xanımlarımız üçün daha maraqlı və lazımlı olan evlilikdən öncə ginekoloji məsləhətlər haqda danışacağıq.

Evlilikdən öncə dedikdə isə bu əlbəttə bizim və şərq xanımları üçün nəzərdə tutulub, çünki bildiyiniz kimi yalnız şərq ölkələrində, xanımların əksəriyyəti evlilikdən sonra ilk dəfə intim əlaqədə olurlar. Bu isə hər bir xanımın həyatında vacib məqamlardan biridir.

Nəzərə alın ki, bu məqaləni məhz bizim xanımları nəzərə alaraq yazırıq. Bizim xanımların əksəriyyəti, evlilikdən bir neçə ay keçmiş artıq uşaqlarının olmasını istəyirlər, bunu ya özləri, ya qohumlarının təkidi, ya da valideynlərinin nəvə sahibi olmaq istəmələri ilə əlaqələndirirlər.

loading...

İlk növbədə uşaq haqda yox, öz sağlamlığı haqda düşünmək lazımdır. Hər iki tərəf sağlam olduqdan sonra isə uşaq dünyaya gətirmək də bir problem yaratmır. Ona görə də ilk növbədə “tibbi müayinə” adlı bölməmizdə olan müayinələrdən keçməyi məsləhət görülür.

Odur ki, əgər ailə quran kimi sizin üçün uşaq dünyaya gətirmək vacibdirsə, ən azından qadın cinsiyyət orqanlarının ultrasəs müayinəsi, xarici müayinə, müxtəlif infeksiyaların olub-olmadığın müəyyənləşdirməlisiniz.

Nəzərinizdə saxlayın ki, hamilə qala bilməmək təkcə xanımın hər hansı bir problemi olduğunun göstəricisi deyil. Yoxlamaya getdikdə hər iki tərəf yoxlanılmalıdır. Bu xüsusilə də bizim “Məndə nə problem olacaq?! Mən sağlam kişiyəm”-deyən, əslində isə bəlkə də “infeksiya mənbəyi” olan orqanizmi ilə xanımını da yoluxduran kişilərimizə aiddir.

Dr. Gülnarə İsmayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...