GİNEKOLOGİYADA ULTRASƏS MÜAYİNƏSİ

Ultrasəs müayinəsi  ginekologiyada daxili cinsiyyət üzvlərinin diaqnostikasında əlavə üsullar arasında aparıcı yer tutur. Exoqramma, yəni vizual təsvir müayinə olunan orqanın bir kəsikdə müəyyən bir təsvirini verir. Təsvir boz-ağ şkalada qeydə alınır.

Exogenlik müayinə edilən obyektin ultrasəsi əks etdirmək xüsusiyyətidir. Anexogenlik obyektlərin sərbəst olaraq ultrasəs dalğaları keçirməsinə deyilir (sidik kisəsində, kistada olan maye). Mayeli mühitdən ultrasəs dalğanın keçməsi üçün maneə hiper-exogenlik adlanır (möhtəviyyatı qanlı, irinli kista). Sıx strukturlar məsələn, sümük, kalsinat, eyni zamanda qaz hiperexogen xüsusiyyətə malikdir.

Səsötürmə ultrasəsin dərinliyə yayılma xüsusiyyətini əks etdirir. Səsötürməyə əksər hallarda mayeli törəmələr malik olur və onlar əhəmiyyətli dərəcədə arxasında yerləşən strukturun görüntüsünü asanlaşdırır. Abdominal ötürücüdən başqa, vaginal ötürücülər də tətbiq edilir. Onlar böyük müayinə obyektinə maksimum dərəcədə yaxınlaşma imkanına malikdir.

loading...

Uşaq ginekologiyasında abdominal ötürücülərdən əlavə rektal ötürücülər də tətbiq edilir. Kiçik çanaq üzvlərinin abdominal skanerləşməsi zamanı dolu sidik kisəsinin akustik effektindən istifadə olunur. USM müayinəsi uşaqlığın yerləşməsini, ölçülərini, xarici konturunu və daxili strukturunu qiymətləndirməyə imkan verir. Reproduktiv yaşda olan sağlam qadınlarda uşaqlığın uzunluğu və eni 45-50 mm, qalınlığı isə 40-45 mm bərabər olur. Uşaqlıq boynunun uzunluğu 20-35 mm arası olur.

Uşaqlıq boynunun patologiyası olan xəstələrin müayinəsi zamanı USM əlavə üsul kimi ola bilər, servikal kanalın selikli qişasının strukturunu və qalınlığını qiymətləndirməyə və uşaqlıq boynunun polipi üçün patoqnomonik əlamətləri aşkar etməyə imkan verir.

Bundan əlavə, exoqrafiya uşaqlıq boynunun ölçüsü, strukturu, qan təchizatının xüsusiyyətləri (rəqəmsal Doppler təsviri və pulslu doplerometriya zamanı), parametriumun vəziyyəti, bəzən isə çanaq limfa düyünləri haqqında əlavə məlumat verir.

Son zamanlarda rəngli Doppler təsviri doppleroqrafiya ilə birgə vaginal skanerləşmə vasitəsi ilə yumurtalıqların və uşaqlığın qan dövranının öyrənilməsi geniş tətbiq olunur. Orqandaxili qan cərəyanı aybaşı tsikli ərzində uşaqlıqda və yumurtalıqda baş verən fizioloji dəyişiklikləri, şiş prosesi əmələ gəldikdə isə damarların yeni törəmələrini əks etdirir.

loading...

Bunuda oxu...