GENETİK XƏRİTƏ

Məlum ilişikli qrupda olan genlərin nisbi yerləşmə sxemi xromosomun genetik xəritəsi adlanır. Bu xəritələr, genetik nöqteyi nəzərdən hələlik yaxşı öyrənilmiş obyektlərdə: drozofil, qarğıdalı, pomidor, siçan, neyrospor, bağırsaq çöpü və s.-də tərtib edilmişdir. Son illərdə insanın da genetik xəritəsi müəyyən olunub.

Genetik xəritələr hər bir cüt homoloji xromosomlar üçün tərtib edilir. İlişikli qruplar hər biri ayrılıqda nömrələnir. Məsələn, drozofildə X-xromosomunda genlərin ilişikli qrupu I rəqəmi ilə işarə olunub, iki uzun metasentrik (ikiçiyinli) xromosomlar müvafiq olaraq II və III və nəhayət ən kiçik xromosom IV ilişikli qrupa daxil edilir.

Genetik xəritələri tərtib etməkdən ötrü, çoxlu sayda genlərin irsiliyinin qanunauyğunluğunu öyrənmək lazım gəlir. Məsələn, drozofil milçəyində 4 ilişikli qrupda lokalizə olunmuş 500-ə yaxın genlər öyrənilib, qarğıdalıda -10 qrupda 400-ə yaxın gen və s.

loading...

Genetik xəritələrin tətbiq olunması tədqiqatçılara əlamətlərin irsən necə keçməsini qabaqcadan müəyyən etməyə imkan verir, seleksiya işində isə valideynlərin düzgün seçilməsini və çarpazlaşmanın aparılmasını asanlaşdırır.                  

Mikroorqanizmlərin genetik xəritəsi

Çoxhüceyrəli orqanizmlərdə genlərin rekombinasiyası resiprok şəkildə gedə bilər. Mikroorqanizmlərdə isə bu proses bir tərəfli olur. Belə ki, bir sıra bakteriyalarda, məsələn bağırsaq çöpündə (Escherichia coli) genetik informasiyanın ötürülməsi, hüjeyrələrin konyuqasiyası zamanı baş verir.

Bakteriyanın halqa şəklində olan qapalı yeganə xromosomu, konyuqasiya zamanı həmişə müəyyən nöqtədən qırılır və bir hüjeyrədən digərinə keçir.

Bir hüceyrədən digərinə ötürülən xromosomun uzunluğu, konyuqasiyanın müddətindən asılıdır. Genlərin xromosomda ardıjıllığı daimidir. Bununla əlaqədar olaraq belə həlqəvi xəritədə genlərarası məsafə, krossinqover faizi ilə yox, dəqiqələrlə ölçülür. Bu da konyuqasiyanın müddətini əks etdirir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...