GENDER PROBLEMİ

İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında fərq biloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir.

Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.

Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Bu proses, eyni zamanda, hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra texnoloji nailiyyətlət bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına və yaxud kəskin surətdə azalmasına şərait yaradır.

loading...

Yeni texnoloji nailiyyətlət, eyni zamanda, qadınların ev işlərinə sərf etdiyi vaxtın qənaətini də təmin edir. Belə bir şərait gender problemlərinin həllinə, yəni qadın və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsinə xidmət edir.

Gender inkişafının qiymətləndirilməsi iki əsas əmsalın hesablanması nəticəsində həyata keçirilir. Onlardan biri, gender faktorunu nəzərə almaqla, insan inkişafı əmsalıdır. Bu göstərici Gender İnkişaf Əmsalıdır. Əmsalı hesablayarkən insan inkişafının ümumi əmsalının hesablanan göstəricilərindən istifadə olunur. Fərq bir ondadır ki, bu göstəricilər qadınlar üçün ayrıca hesablanır.

Bundan sonra ümumi İnsan İnkişafı Əmsalı və qadınlar üçün alınmış Gender İnkişafı Əmsalı müqayisə olunur. Fərqin olmaması və yaxud az olması gender problemlərinin olmamasından və ya onların uğurlu həllindən xəbər verir. Bu o deməkdir ki, belə göstəricilərə malik olan ölkədə qadın və kişi eyni hüquqa malikdirlər və onların inkişafı üçün tələb olunan imkanlar yaradılıbdır.

GİƏ ilə yanaşı qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğunu qiymətləndirmək üçün digər bir əmsal hesablanır. Bu xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifələr dedikdə qadınların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları və yaxud şəhər, ya digər yaşayış məntəqələrinin rəhbər seçilməsi də nəzərə alınır.

Dünya parlamentlərində qadınlar, orta hesabla, bu qurum üzvlərinin 11,8 faizini təşkil edir. Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri- bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir.

Gender inkişaf əmsalının ən yüksək göstərcisi Norveçdədir. Yüksək göstəricilər həmçinin Şimali Avropanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə edilir.

loading...

Bunuda oxu...