GƏYİRMƏ

Gəyirmə mədədəki qazların qida borusundan çıxmasıdır. Udlaqdan keçib (aerofakiya) qida borusuna və mədəyə düşən hava, habelə zülalların parçalanması və qıcqırma proseslərində əmələ gələn karbon qazı, hidrogen-sulfid və metan adam gəyirdikdə çıxa bilər. Axırıncı qazları gəyirdikdə adətən pis iy gəlir.

Gəyirmənin əmələgəlmə mexanizmi belədir: mədənin kardial hissəsi açıq və mədə çıxacağının spazmı olduqda nəfəsalma zamanı aşağı düşən diafraqma və kərkin qarın presi mədəni basır: həmçinin burada mədə divarlarının yığılmasının da rolu vardır. Gəyirməni mədə və qarın refleksləri törədir. Sağlam adamda gəyirmə mədə qida ilə dolduqda da baş verə bilər.

Mədə şirəsinin turşuluğu çox olduqda gəyirti turş olur, öd kisəsinin xəstəliyində pis iy verir, mədədə çoxlu hava yığıldıqda xəstə olan adam hava gəyirir. Gəyirmə xəstəlik deyil, xəstəliyin əlamətidir. Gəyirmə həddindən çox yeməklə əlaqədardısa, o zaman az-az yemək lazımdır.

loading...

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...