GƏLƏN İL KİŞİLƏRİN VƏ QADINLARIN PENSİYA YAŞLARI – CƏDVƏL

Növbəti il üçün kişilərin və qadınların pensiya yaşı 6 ay artacaq.

1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində, qadınların pensiya yaşı 61, kişilərin isə yaşı 64 olacaq.

1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

loading...

Beləki “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

Bu qanunun 4.1-ci maddəsində, Yaşa görə əmək pensiyası hüququ, deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.

 

Dövr

Kişilər üzrə pensiya yaşı

Qadınlar üzrə pensiya yaşı

 1 iyul 2017 – 30 iyun 2018

63 il 6 ay 60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019

64 il

61 il

1 iyul 2019 – 30 iyun 2020

64 il 6 ay 61 il 6 ay
1 iyul 2020 – 30 iyun 2021 65 il

62 il

1 iyul 2021 – 30 iyun 2022

65 il 62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023

65 il

63 il

1 iyul 2023 – 30 iyun 2024 65 il

63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025

65 il 64 il
1 iyul 2025 – 30 iyun 2026 65 il

64 il 6 ay

1 iyul 2026 və sonra 65 il

65 il

 

loading...

Bunuda oxu...