FURNYE QANQRENASI  

Agır xəstəlikdir, cinsiyyət orqanları nahiyəsində dəri səthinin sürətli proqressiv ölməsiylə xarakterizə olunur. 30-40% halda ölümlə nəticələnir, Xayalar da prossesə qoşulubsa 60-90% halda ölümlə nəticələnir.

Etiologiyası

Tam öyrənilməyib. İnfeksion faktorun rolu danılmır. Amma digər səbəbləri də: immunodefisit vəziyyəti, allergik komponenti, ödem və tormboz fonunda toxumanın qıdalanmasının pozulmasını unutmamaq gərəkir.

loading...

Simptomları

İlk etapda sellüliti (dərialtı toxumanın infeksion iltihabını) xatırladır. Xayalığın dərisi ödemləşir, qızarır, agrılı olur, intoksikasiya əlamətləri: hərarət, zəiflik, əzələ və oynaq agrısı olur.

Xayalığın ödemi tez inkişaf edir, palpasiyada krepitasiya qeyd edilir, dərinin qızartısı tünd qırmızı-qara rəngə çevrilir. Bu da işemiyadan xəbər verən əlamətdir.

Böyüyərək bu ocaqlar bir-biriləri ilə birləşirlər.

Toxumanın ölməsi və qopması baş verir.

Müalicə

Furnye qanqrenasının müalicəsinin əsasını təcili cərrahi əməliyyatla nekrotik toxumanın kəsilib götürülməsi, absesin drenlənməsi, guclu antibakterial və dezintoksikasion terapiya təşkil edir. Yara tikilməməlidir. Yara ikincili sağalmalıdır. Bir neçə ay sonra xayalığın toxumalarının bərpası üçün plastik əməliyyat düşünülə bilər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...