FRİDRİX NİTSŞE

FRİDRİX NİTSŞENitsşe (1844—1900) alman filosofudur, müasir irrasionalizm fəlsəfəsinin banilərindən biridir. O, İradə fəlsəfəsini əsaslandırmış və inkişaf etdirmişdir.

Nitsşe zəruri olan hər şeyin əsasında iradəni görürdü. O bu fikri Şopenhauerdən əxz etmişdir. Lakin əgər Şopenhauer üçün iradə varlığın təməli idisə, Nitsşe bu anlayışa əlavə olaraq sosial-əxlaqi çalarlar vennişdir. Onun sözlərinə görə “həyat maksimum hakimiyyət hissinə can atır”. “Hakimiyyət iradəsi” istənilən davranış tipinin və hər hansı bir ictimai hadisənin ən önəmli meyarıdır.

Nitsşe soruşur: “Nə yaxşıdır?” — hakimiyyət duyğusu, hakimiyyət istəyi, yoxsa insanın hakimiyyətinin özünü möhkəmləndirən hər bir şey. “Pis nədir?” — zəiflikdən irəli gələn hər bir şey.

loading...

Rasional fəaliyyət kimi idrak “hakimiyyət iradə- si”nin artmasına yardımçı olunmı? — sualına o cavab verərək deyirdi ki, yox, çünki ağlın üstün olması, fəallığı, fəaliyyəti mühakimələrlə əvəz etməklə hakimiyyət hərisliyini iflic edir. Hamı tərəfindən qəbul edilən əxlaqda insanlara məhəbbəti təbliğ etməklə hakimiyyət iradəsinin zəifləməsinə səbəb olur. “Hakimiyyət iradəsi” güclünün hüququnun əsasıdır. Bu, bütün əxlaqi, dini və digər normativ qanunların üstələnməsidir.

Nitsşe deyir ki, həqiqi insan öz fəaliyyətinin bütün sahələrində məhz, bu hüququ rəhbər tutmalıdır. Güclü hüquq həm də kişinin qadın üzərində hökmranlığının əsası olmalıdır. Nitsşenin məşhur bir aforizmi vardır; “Qadın yanma gedirsənsə, qamçını özünlə götür”.

Onun fikrincə kişilərlə qadınların hüquqlarının bərabər- ləşdirilməsi istiqamətindəki hər hansı bir cəhd — hakimiyyətin zəifləməsi və tənəzzülünün əlamətidir. Nitsşe bu təhlili digər demokratik institutlara və bütövlükdə demokratiyaya da şamil edir, çünki onun fikrincə demokratiya şəraitində kütlə güclünün hüququna müxalifət təşkil edir.

Nitsşe əxlaqın bütün əsaslarını “güclünün hüququ”ndan, “hakimiyyət iradəsi”ndən hasil edirdi. O iddia edirdi ki, əsas anlayışları xeyir və şərdən ibarət olan əxlaq bir qism adamların digərləri — zadəganların (ən yaxşıların) qullar (pislər) üzərində üstünlüyü hissinin nəticəsi kimi meydana çıxmışdır. Bütün tarix boyu qullar mənəvi qisas almaq məqsədilə öz əxlaqlarını ağalarına aşılamağa çalışmışlar. Bu prosesin əsasını yəhudilər Əhdi- ətiqdə qoydular. Prosesin ən yüksək inkişafı isə xristianlıqda, ilk növbədə, İsanın Dağüstü moizəsində oldu. Nitsşenin sözlərinə görə yəhudilər dəyərlərin aristokratlara xas bərabərliyini (yaxşı, adlı-sanlı, qüdrətli, gözəl, xoşbəxt, Tanrı tərəfindən sevilən) müdhiş bir ardıcıllıqla astar üzünə çevirməyə nail oldular və sonsuz acizlikdən doğan nifrətlə ondan var qüvvələrilə yapışdılar.

Onların fikrinə görə, yalnız bədbəxt, kasıb, aciz məzlumlar yaxşılardır, yalnız cəfakeş, məhrumiyyətlərə dözən, xəstə olanlar mömin və müqəddəslərdir. Əbədi səadət yalnız belələri üçün nəzərdə tutulub, ad-san, qüdrət sahibləri isə, qəddar, zülmkar və şöhrətpərəstlərdir. Tanrı onlardan üz çevirib və onlar əbədi lənətləniblər.

Nitsşe hesab edir ki, yəhudi-xristian əxlaqı insanın tam özünüifadəsinə maneçilik törədir və bu səbəbdən də dəyərlərin yenidən qiymətləndirilməsi həyata keçirilməlidir. Bunun nəticəsində “qulların əxlaq” sahəsindəki üsyanına son qoymaq və ağaların əxlaqının bərpasına nail olmaq lazımdır.

Nitsşenin fikrincə, ağaların əxlaqının təməlində aşağıdakı prinsiplər durmalıdır:

1) “Həyat dəyərləri”. Bu, yeganə qəti dəyərdir;

2) İnsanların təbii qeyri-bərabərliyi mövcuddur ki, bu da onların həyat qüvvələrinin və “hakimiyyət iradələri”nin səviyyəsi ilə şərtlənir;

3) Güclü adam əxlaqi təəhhüdlərdən azaddır, o, heç bir əxlaqi norma ilə məhdudlaşdırılmır.

Nitsşeyə görə bütün bu tələblərə “ağaların əxlaqı”nm subyekti olan fövqəlinsan cavab verir. O, fövqəlinsanı “sarışın şeytan” adlandırır. Nitsşe etikasında bu, mərkəzi və ən mübahisəli anlayışdır. Həmin anlayış bir çox antisemit və antixristian ideyaları ilə birlikdə faşizm ideoloqları tərəfindən Nitsşedən əxz edilmişdi.

Nitsşe təlimi faşizmin, az qala, rəsmi fəlsəfi doktrinası elan edilmişdi. Bunun üçün isə, gördüyümüz kimi, müəyyən əsaslar mövcud idi. Nitsşe fövqəlinsanm müəyyən fenotip əlamətlərinə (“nordik tip”) malik ali irqli insan kimi genetik xarakteristikası ilə yanaşı, fövqəlinsanm ikili əxlaqını da təbliğ edirdi. Bir-birinə münasibətdə bunlar iltifatlı, təmkinli, mehriban, məğrur və səmimi adamlardır, lakin “özgələrə” münasibətdə onlar azğın heyvanlardan bir o qədər də fərqlənmirlər.

Burada onlar əxlaqi tormozlardan məhrumdurlar və öz hərəkətlərində instinktləri rəhbər tuturlar. Nitsşe “anadangəlmə alicənablığı”, “aristokratlığı” fövqəlinsanm zahiri xüsusiyyəti sayırdı. O, müasir ağalara — burjualara onların mənşəyi və ya məşğuliyyətlərinə, ilk növbədə isə onlarda insanlar üzərində hakimiyyəti avtomatik şəkildə təmin edə bilən həmin xüsusiyyətlərin çatışmazlığına görə nifrət edirdi.

Nitsşe hesab edirdi ki, əgər ağa təkcə xarici görünüşü, davranış tərzi ilə hökm vermək hüququnu sübuta yetirirsə, kütlələr ona tabe olmağa hazırdır. Aristokratik görünüş olmadıqda isə, kütləyə birinin digəri üzərində yüksəlməsinin yalnız təsadüf və gözlənilməz səadətdən irəli gəlməsi fikrini aşılamaq çox asandır. Əgər belədirsə, onda biz də bir dəfə bəxtimizi sınayaq, püşk ataq, sərvəti zəbt edək, sosializm quraq. Hakimiyyət sahibi, fovqəlinsan müəyyən zümrə və ya sinfə mənsub olduğu üçün deyil, təbiətin özü tərəfindən bu məqsəddən ötrü nəzərdə tutulduğuna görə bunlara yiyələnir.

Nitsşenin təliminin bu antiburjua yönümü, əlbəttə, faşizm ideologiyası və təcrübəsilə tam ziddiyyət təşkil edirdi. Nitsşe kütləvi şüurun hökmranlığının istənilən formasının əleyhinə çıxış edirdi, halbuki bu özünü faşist Almaniyasında ən yüksək səviyyədə büruzə verirdi. Onun fövqəlinsanı harmonik bir insandır və onda fiziki kamillik, 5diksək əxlaqi və əqli keyfiyyətlər bir-birilə uzlaşır.

Nitsşe tez-tez bildirirdi ki, fovqəlinsan hələ gerçəklikdə olmayıb, onu yetişdirmək lazımdır. Bəşəriyyətin məqsədi də elə məhz bundan ibarətdir. O deyirdi ki, Zərdüşt fovqəlinsan deyil, fövqəlinsana doğru “körpüdür”. Dövrümüzdəki adi insan — ilkin materialdır, fovqəlinsan yetişdirmək və ona münbit zəmin hazırlamaq üçün “peyin”dir. Əslində, Nitsşedə fovqəlinsan Tanrının yerini tutur. Nitsşe Zərdüştün dililə deyir ki, “Allah öldü, biz onu öldürdük”, indi onun yerini fövqəlinsan tutmalıdır.

Həyat fəlsəfəsindəki irrasionalist meyli psixoanalitik fəlsəfə davam etdirmiş və daha da dərinləşdirmişdir. Bu fəlsəfənin empirik təməli psixoanalizdir. Onun əsasını Freyd qoymuşdur.

loading...

Bunuda oxu...