FORMADA QALMAĞIN SİRRLƏRİ

İdmançı qadınİndi nəinki qadınlar, hətta kişilər də kökəlməkdən qorxurlar. Formada qalmağa çalışanlar axşam saat 18:00-dan sonra yemək yemirlər. Bəziləri isə menyusundan çörək və şirniyyatı çıxarır. Digərləri isə internetdə orqanizmə ciddi zərər verəcək pəhrizlərdən istifadə edirlər.

Ümumiyyətlə, hər bir fərd öz orqanizmini tanımalıdır. Əgər insan kökəlirsə, deməli,orqanizmdə müəyyən dəyişikliklər baş verir.

Kökəlmənin 7 növü mövcuddur. Bu, hormonal statusun dəyişməsi fonunda, irsi faktorla əlaqədar, alimentar kökəlmə də ola bilər və s. Bütün kökəlmələrin fonunda şəkərli diabet xəstəliyi var. Artıq çəkidən əziyyət çəkənlərdə ginekoloji xəstəliklər də birinci növbədədir.

loading...

İndi qidaların genetikası dəyişib. Uşaqlarin, elə böyüklərin də ağız dadı “fast-food” qidalarına alışıb. “Çipsi”, dönər, qazlı içkilər insan orqanizmi üçün təhlükə mənbəyidir. Ümumiyyətlə, qazlı içkilər gündəlik qəbul olunmamalıdır. Çünki qazlı içkilərin insan orqanizminə çox böyük toksiki təsiri var. Belə ki, qazlı içki orqanizmə karbon oksidi verir ki, bu da qidada olan bütün toksinlərin bədəndən xaric olmasına maneçilik törədir.

Halbuki, biz toksinlərin və şlakların orqanizmdən xaric olunmasına səy göstərməliyik. İnsanlar qazlı içkilərin əvəzinə təbii meyvə şirələrinə üstünlük versinlər. Bundan başqa, konservantlarla “bəzədilmiş”, “göz oxşayan” bütün şirniyyatlardan uzaq dayanmaq lazımdır.

Əgər artıq çəki probleminiz yoxdursa, ev şəraitində bişən şirniyyatları yemək olar. Ən əsası, hər bir insan gündəlik olaraq 2,5-3 litr maye qəbul etməlidir. Bu, mütləqdir. Amma əfsuslar olsun ki, bizdə insanlar daha çox qida qəbuluna üstünlük verirlər. Halbuki, mədə-bağırsaq sistemi yeməkdən 20-30 dəqiqə əvvəl su içməklə nizamlanmalıdır. Daha sonra isə təbii və təzə olan qidaları qəbul etmək olar.

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...