FİZİOQNOMİKA NƏDİR

Fizioqnomikaİnsanı onun xarici görünüşünə uyğun qiymətləndiririk və çox zaman xarici görünüş onun xarakterini anlamaqda bizə kömək edir. Xarakterin və xarici ğörünüşün əlaqəsinin müşahidəsi Fizioqnomikanın əsasını qoyur.

Fizioqnomika insan şəxsiyətinnin tipini və mənəvi keyfiyyətlərini (anadangəlmə və sonradan yaranan) onun üz ifadələrinin və mimikalarının analizi nəticəsində öyrənən bilik sistemidir.

Qısacası, fizioqnomika insan sifətini və fiqurunun ekspressiyasıdır, və sifətin quruluşu, kəllə, bədən ilə əlaqədardır. Mimikanı fizioqnomika öyrənir. Söhbət zamanı insanın etdiyi hərəkətləri kinesika öyrənir. Kəllənin/başın quruluşu ilə psixikanın əlaqəsi isə frenologiyaya aiddir.

loading...

Fizioqnomika xarakteri sifət cizgilərinə əsasən üç etapda izah edir:  parlaq, xüsusi cizgilər, xarakterin əsas spesifikasını bildirir. Çıxıntılar insanın imkanları haqqında məlumat verir Simmetriya və asimmetriya insanın individual xüsusiyyətlərini göstərir.

Sifətin asimmetriyası beyin yarımkürəsinin qeyri-bərabər inkişafı ilə əlaqədardır. Fizioqnomikanın əsasları qədim dövrdə yaranıb. Hər mədəniyyətin öz müşahidələri olub. Qədim beduinlərdə – kiyyafa, müsəlmanlarda – firasat, Çində – syanfa və sarə. Fizioqnomika əsasən şərqdə populyar olub və tibbin vacib hissəsi sayılıb. Qərbdə ilk fizioqnomistlər Teofrast, Hippokrat və Aristoteldir.

Sonuncu fizioqnomika haqqında ilk sistematik traktak yazıb – physiognomica. Orta əsrlərdə filosof İoann Skotti və Leonardo da Vinçi fizioqnomika haqqında yazmışdırlar.  Fizioqnomika bu gündə aktualdır. Fiziqnomika psixologiya ilə sıx əlaqədədir. O insanın dəqiq psixoloji portretini yaratmağa imkan verir. Müasir fizioqnomikanın müəyyən məlumatları:

Gözlər – qəlbin güzgüsü – mənəvi və yaradıcılıq keyfiyyətindən xəbər verirlər. Böyük gözləri olanlar daha hissiyatçıldırlar və lider olma keyfiyyətləri var. Qabarıq gözlər tənbəllik əlamətidir. Batıq gözlər – əsəbi, hiyləgər və pis insanlarda olur.

Alın – ağıldan, insanın həyat fəlsəfəsindən, ideologiyasından xəbər verir. İntellektual, talantlı insanlarda böyük və enli alın olur. Uzun alına əsasən qəddar, pis insanlar sahibdir. Balaca alın orta ağılın, zəhmətkeşliyin və evdarlığın əlamətidir.

Çənə – xarakterin sərtliyinin və seksuallığın göstəricisidir. Enlidirsə – böyük mərifətin, xırda – sadəliyin, mülayimliyin, ağır – idarəedilməyən ehtirasların, ikiyə böllünmüş – ehtiraslılığın göstəricisidir.

Burun – aktivlik. Düz, orta yoğun və uzun burun – zəriflik, zəhmətkeşlik əlamətidir, əyri – intellektual insanlara məxsusdur. Biraz dik – sadə, çox dik – qorxmaz və risk sevən. Əyri burun – ikiüzlülük deməkdir.

Ağız – hissiyat və sevgi, daxili enerji göstəricisidir. İri ağız – qorxmazlıq və yalançılıq, balaca – qorxaxlıq, yığcam dodaqlar – ciddilik və qətiyyət, sallanıq damaq – axmaxlıq və xəstəlik əlamətidir.

Bütün bu əlamətlər 40 yaşa qədər formalaşır, bu dövrə qədər xarakteri ancaq təxmini analiz etmək olar.

Fizioqnomika cəmiyyətdə müəyyən hadisələrin və problemlərin həllində pozitiv rol oynaya bilər. Məsələn: ilk tanışlıqda, yeni işçi qəbul edəndə, danışıqlar prosesində və sarə. Fizioqnomikanı praktikada istifadə etmək çox asandır: avtobusda, işdə, küçədə. Fizoqnomika sosial əlaqələridə və onları qurma prosesinidə xeyli asanlaşdırır.

loading...

Bunuda oxu...