FİSTUL ƏMƏLİYYATININ YOL AÇA BİLƏCƏYİ PROBLEMLƏR

Tibbdə hər əməliyyatın yaratdığı problemlər mövcuddur. Bu problemlər nadir hallarda görülsə də, xəstə əvvəlcədən məlumatlandırılmalıdır. Fistul əməliyyatının yaratdığı əsas problemlər bunlardır:

Qanama; əməliyyatdan sonra cüzi sızıntı ola bilər. Bu durumda sarığı dəyişib steril bezlə üstünə yüngül basmaq lazımdır. Daha çox qanama varsa təşvişə düşməyin, fistulun üstünə qanamanı dayandıracaq dərəcədə təzyiq edin və xəstəxanaya müraciət edin.

Tıxanma; fistulda qanın laxtalanması ilə bağlı tıxanma ola bilər. Çalışan fistulun tıxandığı halda dərman və ya təkrar əməliyyatla fistul açıla bilər. Bu problem yarandığında ilk 24-48 saat ərzində həll olunmalıdır.

loading...

İnfeksiya; fistul nayihəsində yara infeksiyası ola bilər.

Qolun şişməsi; damar sistemi əməliyyat səbəbilə yüksək təzyiqə məruz qaldığı üçün biraz şişkinlik ola bilər.

Fistul axınının az və ya artıq olması. Bu halda fistul təkrar olaraq açıla, bağlana və ya müdaxilə oluna bilər.

Əldə qan dövranının pozulması; fistul ələ gedən qan miqdarının azalmasına səbəb ola bilər və əldə soyuma, soyuqluq, hərəkətlərdə azalma kimi problemlərə yol aça bilər. Bu halda fistulun bağlanılması lazım ola bilər. Uyğun şəkildə və vaxtında müdaxilə edilməsə, nadir olsa da əlin və barmaqların itirilməsinə yol açar.

Damar genişlənməsi (Anevrizma); bir müddətdən sonra fistullu qolda damarlar genişlənir. Bu problem irəlilədikcə təhlükə yarada bilər.

Dr. Barat Yusubov

loading...

Bunuda oxu...