FAST FOOD VƏ UŞAQLAR

FAST FOODFast food qidalar nədir?

Yüksək kalorili, lifdən kasad, vitamin və mineralı az, tərkibində rəngləndirici, aromaverici bir çox qatqı maddələri olan; şirin və qazlı sərinləşdirici içkilər; çipsi, kreker, şokolad, bisküvi; qızartmalar; xəmir hissəsi hazır olan qidalar- Fast Food qidalardır.

Dünyanın bir çox ölkələrində həkimlər, xüsusi ilə də uşaq həkimləri bu tip qidaların reklam olunmasına qarşı mübarizə aparırlar.  Çox maraqlı bir sloqanla: Sürətli ye, Tez öl.

loading...

Acınacaqlı da olsa, bu tip qidaların əsas hədəf kütləsi də azyaşlı uşaqlardır. Hansıların ki, orqanizmi daim böyüyüb formalaşmaqdadır, və bunun üçün də günlük vitamin – mineral dəstəyinə çox ehtiyacı var.

Əziz valideyinlər, övladlarınızı reklam olunan qidalar, çöldə-bayırda hamburger, dönər, kartoşka-fri, kola, fanta kimi “qidalarla” zəhərləməyin!

Bayram günləridir, şəhər gəzintisinə çıxarkən, evdən öz əllərinizlə hazırladığınız saglıqlı atışdırmalıqlar götürün.

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...