FƏLSƏFƏNİN MEYDANA GƏLMƏSİ

FəlsəfəFəlsəfə varlığın və təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir.  Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir.

İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.”Filo” və “sofiya” yunan sözləridir. “Sofiya” hikmət, “filo” isə sevmək deməkdir. Deməli, “filosofiya” – “hikməti sevmək” mənasını verir. İlk dəfə Pifaqor özünü “filosof” adlandırıb.

loading...

Fəlsəfə insanın dünyaya münasibətininən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi və vacib xüsusiyyətlərini özündə əks etdirir.

Fəlsəfi kateqoriyalar fəlsəfi sistemlərə görə dəyişir. Materialist dilaketikada “materiya” ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus  səciyyəvi xüsusiyyətlərinə  görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

Fəlsəfəyə ilk kateoqriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır, sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə ümumiyyətlə əsas hesab olunan kateqoriyalar aşağıdakılardan ibarətdir:

Məkan

Zaman

Səbəb

Hərəkət

Kəmiyyət və keyfiyyət

Oxşarlıq və əkslik, ziddiyyət

Təkcə, xüsusi və ən ümumi

Mahiyyət və hadisə

Zərurət

Təsadüf

İmkan və gerçəklik

Məzmun və forma

İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir. Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin(Qədim yunan – roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

Müxtəlif dövrlərdə yaşamış alimlərin fəlsəfə haqqında fikirləri:

Karl Jaspers: Fəlsəfə – ölməyi öyrənməkdir.

Sokrat: Fəlsəfə – nələri bilmədiyini bilməkdir.

Platon: Doğrunu tapmaq yolunda idealist bir çalışmadır.

Aristotel: Qanunlar və ilk səbəblər elmidir fəlsəfə.

Epikür: Xoşbəxt bir həyat təmin etmək üçün tutarlı üsyankar bir sistemdir.

Anselmus: İnanılanı anlamağa çalışmaqdır.

Abaelardus: İnanılanın inanılmağa layiq olub – olmadığını araşdırmaqdır.

Campanella: Tənqiddir.

F.Bacon: Təcrübə və müşahidələrə söykənən elmi məlumatlar üzərində düşünməkdir.

Spinoza: Ümumiləşdirilmiş riyaziyyatdır.

Hobbes: Fəlsəfə doğru düşünməkdir.

Hume: İnsan zehninin mahiyyətini araşdırmaqdır.

Condillac: Duyğularımızın məlumatlarıdır.

Locke: Bütün düşüncələrimizin duyğularımızla ətraf aləmdən gəldiyini göstərir.

Leybnits: Gerçəkdə olanı qəbul etməkdir. Fəlsəfə göylərdən yerə enərək 5 hiss vasitəsilə qavranılanlarla məşğul olmalıdır.

Əliyev Azər

loading...

Bunuda oxu...