EYAKULYATIN HƏCMİ

NecrospermiaEyakulyatın həcmi spermanın ən vacib xüsusiyyətlərindən biridir. Onun həcminin 2 ml-dən az olması, kişi sonsuzluğunun (oliqospermiya) səbəbi kimi qiymətləndirilə bilər. Bu zaman problem yalnız az miqdarda eyakulyatda spermatozoidlərin də az olmasında deyil. Hətta bu zaman spermatozoidlərin sayı normadan artıq olsa da, normal mayalanma üçün təhlükənin olması mövcud olur. Bəs bu necə ola bilər?

İş orasındadır ki, bu zaman uşaqlıq yoluna düşmüş spermatozoidlər onlar üçün aqressiv (çətin) olan şəraitlə qarşılaşırlar. Belə ki, uşaqlığın turşulu mühiti spermatozoidlər üçün çox zərərli hesab edilir (spermatozoidlər ancaq qələvi mühitdə mövcud ola bilirlər) və onların əksər hissəsi ilk 2-3 saat ərzində məhv olurlar. Bu müddət ərzində daha hərəkətli və “sağlam” olan spermatozoidlər uşaqlıq boşluğuna daxil olmalıdırlar.

Uşaqlıq boşluğunda olan mühit onlar üçün daha əlverişlidir (spermatozoidlər uşaqlıqda və uşaqlıq borularında, 3 günə qədər olan müddət ərzində hərəkətli olaraq qala bilərlər). Toxum mayesi (və ya toxum plazması) müəyyən bir müddət ərzində uşaqlıq yolunun turşuluğunu bir qədər azaldaraq aktiv spermatozoidlərin uşaqlıq boşluğuna keçməsinə kömək edir. Belə güman edirlər ki, az miqdarda olan toxum mayesi bu funksiyanın “öhdəsindən gələ bilmir”: toxum mayesi nə qədər az olarsa, uşaqlıq yolundakı turş mühitin zərərli təsirindən spermatozoidləri daha az müddət ərzində qoruya bilir.

loading...

Bundan başqa, kişinin toxum plazması müəyyən müddət ərzində qadın immunitetinin təsirini (qadın orqanizmi üçün kişi spermatozoidləri yad mikroorqanizm hesab edilir) zəiflətmək xüsusiyyətinə də malikdir. Toxum plazması çox az olarsa, uşaqlıq boynu mayesi (yad hüceyrələrə qarşı immun çəpər) yad mikroorqanizmləri tez “taparaq” onları uşaqlıq daxilinə buraxmaz. Məhz buna görə son nəticədə mayalanmanın baş verməsi üçün toxum mayesinin həcmi də böyük rol oynayır.

Bununla belə, spermanın çox miqdarda olması da kişiyə heç bir üstünlük vermir. Adətən, uşaqlıq yoluna 5 ml-dən artıq sperma yerləşmir. Bu miqdardan artıq olan sperma uşaqlıq yolundan xaric olmaqla mayalanmada iştirak etmir.

Əksər kişilərdə sperma “ağ-bozumtul” rəngdə olur. Onun bir sıra rənglərə çalarlığı (ağ-süd rəngli, sarımtıl, şəffaf və s.) hər hansı pozğunluqlar olmasına sübut kimi qəbul edilə bilməz. İstisna kimi, spermanın “açıq çəhrayı” rəngdə olması qeyd edilə bilər ki, bu da spermada eritrositlərin (qırmızı qan hüceyrələri) normadan artıq miqdarda olmasını deməyə imkan verir.

loading...

Bunuda oxu...