EVLİLİKDƏN SONRA NİYƏ KÖKƏLİRİK ?

Evlilik hər bir insanin həyatında mühüm hadisədir. Və “ailə-kiçik bir dövlətdir” deyə düşünürəm. Və bu dövlətin sakinlərini toydan sonra bir az kilo almış gördükdə “maşallah həyat yoldaşın sənə yaxşı baxır “ ifadəsi hər kəsə məlumdur.

Doğurdanda araşdırmalar göstərir ki, ailə qurduqdan sonra bir çox insanlar kilo almağa başlayır. Orta hesabla çəkidə 3-5 kq arası artış olur. Səbəbləri tam olaraq bilinməsə də , məlum məsələdir ki, bir çox insanlarda ailə qurduqdan sonra “artıq bəyənən bəyənib” fikri ilə qidalanmalarına diqqət etmirlər.

Toydan öncə gəlinlər istədikləri paltarı geyinmək üçün müxtəlif üsullarla arıqlayırlar, bir tərəfdən də toy təlaşı və atıldıqları yeni həyatın həyacanı öz sözünü deyir.

loading...

Evlilikdən sonra isə yeni cütlüyün dəvət aldığı məclislər, qonaqlıqlar daha sonra öz nəticəsini tərəzidə göstərir.

Və təbii ki, təzə gəlin özünü bacarıqlı göstərmək üçün yeməklərin daha ləzzətli olması üçün aşırı yağdan istifadə edir. Cütlüklər hər şeyi yarı böləcəyik sözünü təəssüf ki, yemək yeyərkəndə tutmağa çalışırlar. Və təbii ki, bəylərin enerji ehtiyacı qadınlardan daha çoxdu. İkinci bir məsələ isə işdən yorğun gəldikləri üçün hazır qidalara üstünlük verməkdir ki, bu da kilo problemini dərinləşdirir. Amma yeməklərin porsiyası eyni olarsa o zaman xanım kilo almağa başlayar təbii ki.  Evlilikdən sonra niyə kökəlirik  ?

Bəs nə etmək lazımdır ?

Məncə yeni ailələrdə cütlüklər kilo problemini həll etməkdə bir-birinə dəstək olmalıdırlar. Və öz həyat tərzlərində qalıcı dəyişikliklər etməlidirlər. Məsələn , ailə dostları ilə bərabər yarışlar keçirə bilərlər, həftənin müəyyən günlərini yürüyüş günü elan edə bilərlər. Marketdə də təbii ki, daha ağıllı alış-veriş etmək önəmlidir .

Düşünürəm ki ailədə düzgün qida mədəniyyəti formalaşarsa , hər yeni düzgün qidalanmağı öyrənən ailə bunu gələcək nəsilə ötürər . Hər kiçik dövlət sağlam gələcək yetişdirərsə bu, ölkənin hər sahədə sağlam gələcəyi olar deməkdir.

Sağlamlığımızı sağlam ikən qoruyaq . Çünki həyatda heç nə və heç vaxt Sizin sağlamlığınızdan daha vacib ola bilməz ..

Dr. Tutu Zeynalova

loading...

Bunuda oxu...