EVLİLİK TERAPİYASI

Evlilik terapiyasına hansı durumlarda ehtiyac vardır ?

Özünüzə diqqətsizlik hiss edirsizsə

Ortaq məxrəcə gəlməkdə çətinlik çəkirsinizsə

loading...

Pozitiv bir gələcəyinizi gözünüzün önündə canladıra bilmirsizsə

Özünüzü sıxılmış hiss edirsizsə

Eyni mövzuda davamlı dava edirsinizsə

Özünüzü dəstəksiz, yalnız hissedirsizsə

Güvənməkdə çətinliklər çəkirsinizsə

Birlikdə qərar verməkdə problemlər yaranırsa

Evlilik terapiyası münasibətlərinin təhlükədə olmasını düşünən cütlüklər və ya fərdlər üçün tətbiq edilən bir terapiyadır. Münasibətlərin keyfiyyətini artırmaq, yaxşılaşdırmaq məqsədi ilə bu terapiyaya müraciət edilir.

Müalicə zamanı, hər iki tərəfin psixoterapiya müddətində terapiyaya qatılması “evlilik terapiyası” olduğu anlamına gəlməz. Bir çox zaman fərqli psixiatrik xəstəliklərdən əziyyət çəkən cütlüklərdən biri, digərinə dəstək üçün terapiya müddətində həyat yoldaşının yanında terapiyalara qatılır.

Bu müalicə müddətində, daha çox hədəf olaraq seçilən mövzu, şəxslər arasında münasibət deyil, şikayətləri olan şəxsin fərdi ehtiyacları haqqında olan müalicədir.

Münasibətlərdə izdirabın qarşısı alınmasa belə, xoşbəxt cütlüklər adətən bağışlaya bilən cütlüklər olurlar…

Dr. Azər Bağırov

loading...

Bunuda oxu...